NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Arannews- Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib
bu barədə vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, apellyasiya şikayətini bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.
Xatırladaq ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.