Bazar ertəsi axşam saatlarında Türkiyədə qanlı bir olay yaşandı. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov media operatorları və fotoqraflarının gözü önündə mühafizəçi qrupunun üzvü olan polis zabitinin açdığı atəşin qurbanı oldu
Dünyanın hər yerində baş verən hadisələr kimi Rusiya səfirinin terror edilməsində əsas səbəbkarın kim olması ilk saatlarda, hətta bir gün ondan sonra da qaranlıq qaldı. Mərt Altıntaşın səfirə açdığı atəşdən sonra verdiyi şüara diqqət etməklə, hamı ittiham barmağını təkfirçi qruplara tərəf uzatdı. Ancaq Türkiyə dövləti öz açıqlaması ilə bu barədəki bütün fərziyyələri alt-üst etdi.
Yenə də Fətullah Gülən izi görünürmü?
Ərdoğanın dünənki dostu və bugünkü düşməni olan Gülən, terrora əmr vermiş şəxs kimi təqdim edildi.
Türkiyə, hətta Vaşinqtona da elan etdi ki, Ankara və Moskva Gülən şəbəkəsini bu cinayətin amili hesab edir. Xəbərlərdə də qeyd olundu ki, polis axtarış bölməsi terrorçunun evindən Əlqaidə və Gülən şəbəkəsinə aid olan kitablar tapıb. Necə ki, 2016-ci il, iyun uğursuz hərbi çevrilişində də Gülən suçlanmışdı. Ancaq indiyə kimi orada doğrudan nə baş verdiyi hələ də açıqlanmamışdır.
Bir çox təhlilçilər belə düşünürlər ki, Ankara hakimiyyətə geniş nüfuz etdiyi ehtiva edilən Gülən şəbəkəsinin əlini bağlamaq üçün hər bəhanədən istifadə edir. Bu dəfə də Rusiya səfirinin terror edilməsini dəstavüz etmişdir. Gülənin, yaxud ona vəfadar şəbəkənin Rusiya səfirinin terror edilməsi əməliyyatında əli olması Ankaranın rəsmi açıqlamasıdır.
Ancaq burada bir önəmli sual yaranır. F. Gülən Amerikaya sığınmışdır və orada yaşayır. ABŞ-da hakimiyyətə gəlmiş demokratlar onu dəstəkləyirdi. Amma bir sıra məsələ və əlamətlər göstərir ki, Tramp və onun məşvərət komandası Gülənə qarşı elə də yaxşı fikirdə deyillər. Donald Trampın təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə baş müşaviri və DİA-nın sabiq general-leytenantı Maykl Flayn Amerika-Türkiyə münasibətləri barədə açıqlamasında bildirdirdi ki, Vaşinqton Güləni ekstradisiya etməklə Ankara ilə öz münasibətlərini yaxşılaşdırmalıdır.
Bu açıqlamanı verən təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə baş müşaviri həmin şəxsdir ki, Rusiya və Putinlə yaxşı münasibətləri olmaqda ittiham edilir, hətta demokratların iddiasına görə Trampın prezident olmasının səbəbi Moskvanın kiber hücumlarıdır. Bunu nəzərə almaqla nə üçün Gülən, Rusiyanın Türkiyədəki səfirini terror etməklə öz mövqeini təhlükəyə salmalı və özünün Türkiyə məhkəməsində mühakimə olunması üçün yol açmalıdır? Amerika tezliklə Trampın başçılığı ilə idarə olunacaq. Ona görə də Türkiyənin bu iddiasını həqiqətdən uzaq bilmək olar.
Bəs Əl-nüsrə cəbhəsi?
Sabiq Əl-nüsrə və hazırkı Fəthuş-Şam cəbhəsi Hələbdə ən çox məğlubiyyətə uğrayan terrorçu qrupdur. Suriyanın ən böyük şəhərinin terrorçuların əlindən azad edilməsinin sevinci ərəfəsində Türkiyədə Rusiya səfirini qətlə yetirdilər. Xəbərlərə əsasən, terror edilmiş səfir Türkiyə-Suriya münasibətlərinin bərpa edilməsində və terrorçuların Hələbdən çıxmasında konstruktiv rolu olmuşdur. Terror aktından iki gün sonra Fəthuş-Şam rəsmi olaraq Karlovun qətlini öz öhdəsinə götürdü. Əl-nüsrə cəbhəsinin bu hərəkətini nə ilə əlaqələndirmək olar? Baş vermiş hadisə daxili bir məsələ deyil. Bu hadisə Suriya hadisələrinə bağlıdır.
Birincisi, Rusiyanı qorxutmaq və Hələb məğlubiyyətinin əvəzini çıxmaq
Hələb şəhərinin terrorçuların əlindən azad olunmasının və terrorçuların məhv edilməsinin əvəzini çıxmaq. Bu son hadisələr baxımından ən açıq-aydın nəzərdir.
İkincisi, Türkiyə ərazisində olmağı və təhlükəsizlik orqanlarına nüfuz etməyi göstərmək
İndiyə qədər heç bir rəsmi qaynaq Mərt Altıntaşın sərgiyə necə daxil olması, özü də silahlı surətdə, həmçinin Rusiya səfirin arxa tərəfində dayana bilməsi barədə açıqlama verməmişdir. Bəzilərinin sözünə görə qatil Rusiya səfirinin mühafizəçilər dəstəsinin Türkiyə tərəfindən təyin edilmiş üzvü olmuşdur. Bəzi qaynaqlar da onun İstanbulun işdən çıxarılmış polis məmuru olduğunu qeyd edilər. Bəziləri də qatilin polis kartı göstərərək mühafizəçi kimi sərgiyə daxil olmasını deyir. Bu fərziyələrin hər hansı biri daha düzgün olsa, Türkiyənin təhlükəsizlik qüvvələri arasında terror qruplarına bağlı radikal qüvvələrin nüfuz etməsini göstərir.
Üçüncüsi, medaiları Hələb mövzusundan yayındırmaq
Ankarada qanlı olay baş verən gecə KİV-in diqqəti dinc əhalinin və terrorçuların Hələbdən çıxmasına yönəlmişdi. Bu zaman Rusiya səfirinin terror xəbəri bütün diqqəti özünə çəkdi.
Dördüncüsü, Moskvada baş tutacağı üçtərəfli görüşə təsir.
Sözü gedən terror İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşünün öncəki günü baş verdi. Ona görə də bir sıra analtiklər bu hadisənin üçtərəfli görüşə təsir qoymaq niyyəti ilə törəndiyini müstəsna etmirlər.
Beşinci, Moskva-Ankara münasiblətlərini pozmaq
Ötən il Rusiya qırıcısının vurulması Moskva-Türkiyə münasibətlərində görünməmiş gərginlik yaratdı. Ancaq bir çox eniş-yoxuşlardan sonra bu münasibətlər yenidən düzəldi. Rusiya səfirinin terror edilməsi iki ölkə arasında yeni bir gərginlik yarada bilərdi. Ancaq Moskvanın düşünülmüş hərəkəti terrorçuların bu mövzudan faydalanması üçün yolu bağladı.
Möhsin Salehxah
Qaynaq: Əl-vəqt