prezidentlər ikitərəfli münasibətlərin hərtərəfli inkişafının vacibliyini vurğulayıblar.
Arannews- İran və Qırğızıstan prezidentləri ikitərəfli münasibətlərin hərtərəfli inkişafını və iki ölkə həmkarlığının on il müddətinə uzadılması proqramının icrası vacibliyini vurğulayıblar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Bişkekdə İran və Qırğızıstanın yüksək səviyyəli heyətlərinin müzakirələrində bildirib ki, Tehran region ölkələri ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir.
Pezident deyib: İran və Qırğızıstan qarşılıqlı münasibət və əməkdaşlıqların hərtərəfli inkişafı və gücləndirilməsi istiqamətində mövcud maneələri aradan qaldırlmalı və lazımi şəraiti yaratmalıdırlar.
Ruhani habelə regionda terrorizm və ekstremizm ilə hərtərəfli mübarizəni vurğulayaraq, qeyd edib ki, İran hər cür ifratçılıqla müxalifdir və bu qənaətdədir ki, əsl İslam, rəhmət və məhəbbət Peyğəmbəri(s.ə.s)-in İslamıdır.
Qırğızıstan prezidenti Almazbek Atambayev də bu görüşdə deyib: Tehran və Bişkek ikitərəfli və regional münasibətlərə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı həmkarlıq və əlaqələrə malikdirlər.
O, sonra iki ölkə həmkarlıqlarının narkotik maddələr qaçaqmalçılığı, mütəşəkkil cinayətlər, terrorizm və ekstremizm ilə mübarizə sahələrində genişləndirilməsini önəmli adlandırıb.
İran və Qırğızıstanın yüksək səviyyəli heyətlərinin müzakirələrindən öncə iki ölkə, əməkdaşlıq üzrə beş anlaşma sənədi imzalayıbdır.