Tarix : 2016 Dec 24
Kod 50983

Səfir AMBNP Sədrilə görüşüb

İranın Bakıdakı səfiri Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrilə görüşdə...
Arannews- İranın Azərbaycan Respublikasındakı səfiri və bu ölkənin maliyyə bazarlarına nəzarət palatasının sədri iki ölkənin maliyyə və bank əlaqələrini araşdırıblar.
İranın Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ilə görüşdə iki ölkənin müsbət əlaqələrinə toxunaraq qarşılıqlı investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensiallar və bank və digər maliyyə sektoru məsələləri üzrə müzakirə aparıb. 
Rüfət Aslanlı da bu görüşdə Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ölkənin maliyyə bazarlarının səmərəli fəaliyyətinin təmin olunması çərçivəsində atdığı addımlar barədə məlumat verib. 
İran prezidenti Həsən Ruhaninin 2016-cı ilin avqust ayında Azərbaycana səfəri zamanı iki ölkənin maliyyə və bank məsələləri və Bakı və Tehranda müştərək bankların təsis olunması üzrə əməkdaşlıqların genişləndirilməsini diqqət mərkəzində saxlayıb.


  • Yazılıb
  • da (də) 2016 Dec 24
  • Göndərən مدير سايت Aran News