Tarix : 2016 Dec 24
Kod 50984

Naxçıvan-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayacaq

Naxçıvan-Məşhəd və əks istiqamətdə sərnişin qatarı 29 dekabrda fəaliyyətə başlayacaq.
Arannews- Naxçıvan-Məşhəd və əks istiqamətdə sərnişin qatarı 29 dekabrda fəaliyyətə başlayacaq.
Azərbaycanın Dəmir Yolları Şirkəti bildirib: Bu sərnişin qatarı həftədə iki gün, bazar və cümə axşamı günləri Naxçıvan Muxtar Respublikasından Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd istiqaməti ilə Məşhədə doğru hərəkət edəcək. 
Naxçıvan-Məşhəd sərnişin qatarında əlavə imkanların yaradılması üçün Naxçıvan və Culfa terminallarında modern avadanlıqlar quraşdırılıb. 
Azərbaycanın Dəmir Yolları Şirkəti Bildirib: Sərnişinlər bu gündən online şəkildə, həmçinin dəmiryolu vağzallarından bu istiqamətdə bilet ala bilərlər. 
Bu sərnişin qatarı İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında fevral ayında Tehranda imzalanan anlaşmaya əsasən fəaliyyətə başlayır. 



  • Yazılıb
  • da (də) 2016 Dec 24
  • Göndərən مدير سايت Aran News