Tarix : 2016 Dec 24
Kod 50985

Nardaran Dindarlarına qarşı təzyiqlər davam edilir

Nardaran Ağsaqqallar Şurası sədrinin işi məhkəməyə göndərildi.
Arannews- Dövlətə xəyanət etməkdə saxta itham ilə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə onun vəkili Əyyub Ələkbərov məlumat verib.
O bildirib ki, Müstəntiq cinayət işini hazırlayıb, bir-iki günə məhkəməyə göndərəcək.
N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.


  • Yazılıb
  • da (də) 2016 Dec 24
  • Göndərən مدير سايت Aran News