Tarix : 2016 Dec 25
Kod 50990

Rusiyanın “Tu-154” təyyarəsi qəzaya uğrayıb

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.
Arannews- Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib
Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.
həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Sərnişinlər arasında “Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.  
Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında təyyarənin yerli vaxtla saat 05.25 radələrində Soçinin Adler aerodromundan havaya qalxdığını, saat 05.27 radələrində radarlardan itdiyini bildirib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 93 nəfər  olub.


  • Yazılıb
  • da (də) 2016 Dec 25
  • Göndərən مدير سايت Aran News