Tarix : 2016 Dec 25
Kod 50993

İran Rusiya xalqına başsağlığı verdi

İran, TU-154 təyyarəsinin süqut etməsi niəticəsində 90 nəfərin həyatını itirməsinə görə Rusiya dövlətinə və hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.
Arannews- İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyaya aid bir ədəd təyyarənin Qara Dəniz üzərində uçarkən süqut etməsi hadisəsindən təəssüfləndiyini deyərək, Rusiya xalqı və dövlətinin kədərinə şərik çıxıb.
İran XİN sözçüsü Bəhram Qasemi TU-154 təyyarəsinin süqut etməsi niəticəsində 90 nəfərin həyatını itirməsinə görə Rusiya dövlətinə və hadisə qurbanlarının yaxınlarına başsağlığı verib. 
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə bazar günü Soçi hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra süqut edib. Bu təyyarədə jurnalistlər, hərbçilər, Aleksandrov musiqi qrupunun üzvləri olublar.Təyyarənin qalıqları Soçi sahillərində, Qara dəniz sularında aşkar edilib.


  • Yazılıb
  • da (də) 2016 Dec 25
  • Göndərən مدير سايت Aran News