Tarix : 2016 Dec 26
Kod 50996

Üçtərəfli görüş Suriya böhranının siyasi yolla həllinə kömək edir

Hələbin azad edilməsindən sonra Suriyanın gələcəyi İran-Rusiya, həmçinin Türkiyənin başlıca müzakirələrinə çevrildi. İran-Rusiya-Türkiyə xarici işlər nazirlərinin görüşü ərəfəsində Türkiyədə Rusiya səfirinin terror edilməsi bu görüşə kölgə saldı. Qeyd edək ki, Tehran-Rusiya-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü İranın təşəbbüsü olmuşdur.
Hələbin azad edilməsindən sonra Suriyanın gələcəyi İran-Rusiya, həmçinin Türkiyənin başlıca müzakirələrinə çevrildi. İran-Rusiya-Türkiyə xarici işlər nazirlərinin görüşü ərəfəsində Türkiyədə Rusiya səfirinin terror edilməsi bu görüşə kölgə saldı. Qeyd edək ki, Tehran-Rusiya-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü İranın təşəbbüsü olmuşdur.
Tehran-Moskva-Ankaranın birgə iclasının keçirilməsi ilə eyni zamanda belə bir sual ortaya çıxır ki, bir sıra xas məsələlərdə İran, Rusiya və Türkiyənin maraq fərqliliyi və baxışlarını nəzərə almaqla bu görüş hansı məqsəd daşıyır? Yaxın Şərq məsələləri üzrə ekspert Şüeyb Bəhmən “Əl-vəqt” qəzetinə bu görüşün əhəmiyyəti haqqında danışıb. O deyib:
“Suriya dövləti və müqavimət cəbhəsi Rusiya ilə birlikdə döyüş meydanında önəmli bir qələbə qazandılar və bu Hələbin azad edilməsi, terrorçu və ekstremis qruplardan təmizləmək idi. Ona görə də bu görüş zaman baxımından elə bir vaxtda baş tutdu ki, üstünlük Rusiya və İran tərəfdədir. Terrorçu qrupların əsas himayətçisi olan Türkiyə isə ən azından Hələbdə məğlubiyyətlə üzləşmişdir”.
Ekspert görüş iştirakçılarının məqsədləri barədə də deyib: “Bu görüşdə İran və Rusiyanın təqribən ortaq məqsədləri vardır. Hər iki ölkə Hələbdə qazanılmış qələbəni bərkitmək, terrorçu qrupları dəstəkləyən Türkiyə və digər ölkələrin dəstəkdən əl çəkmələrini istəyir. Diqqət etmək lazımdır ki, Hələbdə mövqeləri bərkitmək və o məntəqədə əldə edilmiş qələbəni möhkəmləndirmək Tehran və Moskvanın Türkiyə ilə müqayisədə daha yaxşı durumda olduqlarını göstərir”.
Ş. Bəhmən Türkiyənin Suriya məsələsindəki xoşagəlməz mövqeinə də toxunaraq deyib: “Türkiyə tərəfi müxalif və terrorçu qrupların hamisi olaraq Hələbdə məğlub olmuşdur. Ona görə də bu məsələnin Suriyanın digər yerlərində də terrorçu qrupların məğlub olması üçün müqəddimə ola biləcəyindən qorxuya düşüb. Əgər belə bir hadisə baş verərsə, Türkiyə faktiki olaraq Suriyadakı oyunçuluğunu itirəcək”.
Yaxın Şərq məsələləri üzrə təhlilçi bu səbəblərə də təkid edib ki, bu günləri Ankara əlində saxlaya bilmiş az miqdarda sərmayədən istifadə edərək diplomatik müzakirələr ardıncadır. Başqa sözlə, Türkiyə Suriyadakı bütün vasitələrini itirməzdən öncə lazım olan üstünlükləri müzakirə vasitəsilə qazanmaq istəyir.
Ekspert əlavə edib: “Türkiyənin sözügedən üçtərəfli görüşdə iştirak etməsində məqsəd, müxalif cəbhələrin məğlubiyyətinin bir növ qarşısını almaq, yaxud əlində olan imkanlardan faydalanaraq hazırkı zamanda lazım olan imtiyazı qazanmaqdır. Çünki belə nəzərə gəlir ki, Suriyada durum Bəşər Əsəd dövlətinin qələbələrinin davam edəcəyi səmtinə doğru gedir. Bu da əsla Türkiyənin xeyrinə deyil”.
Hələbin döyüş meydanında üstünlüyün İran və Rusiya tərəflərində olmasını diqqətə çatdıran politoloq deyib: “İran və Rusiya ölkələri Türkiyənin terrorçu qruplarla logistik münasibətindən, onları silah və hərbi texnika ilə təmin etməkdən əl götürməsini tələb edir, həmçinin terrorçuların Hələbdən çıxması üçün keçid verməsini istəyirlər. Ona görə də Əsəd dairəsinin Hələbdə qələbələrinə diqqət etməklə bu müzakirələr Türkiyəyə heç bir imtiyaz verməyəcək. Üstəlik, görüşdə bu ölkəni bir növ öz hərəkətlərindən əl çəkməyə qane edəcəklər”.
Ş. Bəhmənli Suriyadakı mövcud duruma və Suriya böhranında rolu olan oyunçulara diqqət etməklə sözü gedən üçtərəfli görüşün nailiyyətlərini belə dəyərləndirib: “İran, Rusiya və Türkiyə ölkələri Suriyada mühüm və təyinedici oyunçular olsalar da ancaq həqiqətdə Suriyadakı bütün qarşıdurma tərəflərini təşkil etmirlər. Yəni, Suriya böhranının bir tərəfində ərəb ölkələri, xüsusən də Ərəbistan, bir hissəsində başda Amerika olmaqla qərb ölkələri dayanır və bunlar böhranın həll edilməsi yönümündə baş tutan müzakirələrdə təyinedici təsirlərə malikdirlər. Bunun nəticəsində belə görüşlərdən Suriya böhranının tamamilə həll olunacağını gözləmək olmaz. Ancaq ümidvar olmaq olar ki, ən azından bu günləri Suriyanın şimalında baş verən bir sıra məsələlər barədə Tehran-Moskva-Ankara arasında razılaşmalar baş tuta bilər. Hətta, belə bir nəticələr əldə edilməsə də bu görüşlərin keçirilməsinin özü Suriya böhranının həll edilməsində bu ölkələr üçün faydalı ola bilər, onların böhrana baxışlarını yaxınlaşdıra bilər”.
Politoloqun qeyd etdiklərinə görə məhz bir müzakirənin baş tutması da Suriya böhranının həll edilməsinə öz töhfəsini verə bilər.
Şüeyb Bəhmən
Qaynaq: Əl-vəqt


  • Yazılıb
  • da (də) 2016 Dec 26
  • Göndərən مدير سايت Aran News