Tarix : 2016 Dec 26
Kod 50998

Türkiyədə həyata keçirilən İŞİD hücumları kəşfiyyat şəbəkələri tərəfindən təşkil edilir

CHP-dən olan millət vəkiliki Eren Erdem , Türkiyədə həyata keçirilən İŞİD hücumlarının kəşfiyyat şəbəkələri tərəfindən təşkil edildiyini iddia edib.
Arannews- Türkiyənin ana müxalifət partiyası CHP-dən olan millət vəkiliki Eren Erdem, Türkiyədə  həyata keçirilən  İŞİD hücumlarının kəşfiyyat şəbəkələri tərəfindən təşkil edildiyini iddia edib.
«Türkiyədə həyata keçirilən hücumların İŞİD-lə əlaqəli olduğuna şübhələrim var, çünki heç birində məsuliyyəti bu terror qruplaşması öz üzərinə götürmür. Brüseldə partlyış olur, İŞİD öz üzərinə götürdü, amma İstiqlal  küçəsindəkini, hava limanındakını sahiblənmədi. Biz İŞİD-çi olduqlarını istintaqda öyrəndik. İŞİD məsuliyyəti öz üzərinə götürmədiyinə görə, deməli , bu nəzarətsiz  aksiya  dediyimiz bir aksiya növüdür.Türkiyədəki bu hücumlar  kəşfiyyat  bölmələri tərəfindən təşkil edilib. Onlar bunu  15 iyun hadisələrinə zəmin hazırlamaq üçün yaratdılar. Əlimizdə əsaslı sənədlər var» - deyə Eren Erdem bildirib.
«Ekranda sənəd göstərmək  kanala zərər verir, amma mən burdan iddia edirəm, ən azı 15-20 min səhifə əlimdə gizli ibarəli sənəd var və  hamısı da Türkiyədə qətliam  həyata keçirən İŞİD-çilərin izləndiyi, dinləndinyi, kəşfiyyat qurumlarının hər şeydən əvvəlcədən xəbərdar olduqlarını o sənədlərlə müəyyənləşdirdim. Dövlət içində yerləşmiş bir qurum bunlara göz yumub. Məqsəd Türkiyəni çevriliş mühitinə gətirməkdir», - deyə o, əlavə edib.
Millət vəkili həmçinin kontrgerillanın çox güclü  şəkildə dövlətin  içində olduğunu  deyən  Eren Erdem bildirib ki, burda əsas məqsəd Türkiyəni avtoritar bir rejimə sürükləyib, parçalanmağa zəmin hazırlamaqdır.


  • Yazılıb
  • da (də) 2016 Dec 26
  • Göndərən مدير سايت Aran News