CHP-dən olan millət vəkiliki Eren Erdem , Türkiyədə həyata keçirilən İŞİD hücumlarının kəşfiyyat şəbəkələri tərəfindən təşkil edildiyini iddia edib.
Arannews- Türkiyənin ana müxalifət partiyası CHP-dən olan millət vəkiliki Eren Erdem, Türkiyədə həyata keçirilən İŞİD hücumlarının kəşfiyyat şəbəkələri tərəfindən təşkil edildiyini iddia edib.«Türkiyədə həyata keçirilən hücumların İŞİD-lə əlaqəli olduğuna şübhələrim var, çünki heç birində məsuliyyəti bu terror qruplaşması öz üzərinə götürmür. Brüseldə partlyış olur, İŞİD öz üzərinə götürdü, amma İstiqlal küçəsindəkini, hava limanındakını sahiblənmədi. Biz İŞİD-çi olduqlarını istintaqda öyrəndik. İŞİD məsuliyyəti öz üzərinə götürmədiyinə görə, deməli , bu nəzarətsiz aksiya dediyimiz bir aksiya növüdür.Türkiyədəki bu hücumlar kəşfiyyat bölmələri tərəfindən təşkil edilib. Onlar bunu 15 iyun hadisələrinə zəmin hazırlamaq üçün yaratdılar. Əlimizdə əsaslı sənədlər var» - deyə Eren Erdem bildirib.
«Ekranda sənəd göstərmək kanala zərər verir, amma mən burdan iddia edirəm, ən azı 15-20 min səhifə əlimdə gizli ibarəli sənəd var və hamısı da Türkiyədə qətliam həyata keçirən İŞİD-çilərin izləndiyi, dinləndinyi, kəşfiyyat qurumlarının hər şeydən əvvəlcədən xəbərdar olduqlarını o sənədlərlə müəyyənləşdirdim. Dövlət içində yerləşmiş bir qurum bunlara göz yumub. Məqsəd Türkiyəni çevriliş mühitinə gətirməkdir», - deyə o, əlavə edib.
Millət vəkili həmçinin kontrgerillanın çox güclü şəkildə dövlətin içində olduğunu deyən Eren Erdem bildirib ki, burda əsas məqsəd Türkiyəni avtoritar bir rejimə sürükləyib, parçalanmağa zəmin hazırlamaqdır.