11-ci iqtisadi komissiyanın keçirilməsi və Naxçıvan-Məşhəd qatarının fəaliyyətə başlaması səfərin əsas qayəsini təşkil edir.
Arannews- İranın rabitə və informasiya texnologiyalar naziri və İran-Azərbaycan müştərək iqtisadi komissiyasının iranlı həmsədri 100 nəfərlik heyətin müşayiəti ilə Bakıya səfər edib. 11-ci iqtisadi komissiyanın keçirilməsi və Naxçıvan-Məşhəd qatarının fəaliyyətə başlaması səfərin əsas qayəsini təşkil edir.
İranın rabitə və informasiya texnologiyalar naziri deyib: İran və Azərbaycan əlaqələrində müştərək iqtisadi komissiyası çox önəmli dönüş nöqtəsidir. Bu komissiya ildə bir dəfə keçirilir. Bu dəfə özəlliyi bundadır ki, yüzdən çox özəl şirkət bu müştərək komissiyada iştirak edəcək. Böyük bir heyət məni müşayiət edir. Və bizim həm Bakıda çoxlu proqramlarımız vardır və həm də Naxçıvanda çoxlu proqramlarımız vardır. Praktiki olaraq bizim əsas işimiz budur ki, bu səfərdə iki ölkənin hörmətli prezidentlərinin razılaşdıqları layihələr və həmçinin iki ölkənin iqtisadiyyat nazirlərinin ötən bir ildə qarşılıqlı səfərlərində əldə olunan anlaşmalar haqda müzakirələr aparılacaq. Yol xəritəsinin proqramını tənzimləyəcəyik ki, fəaliyyətlər və əlaqələrimiz daha sürətlə genişlənsin.