Türkiyəyə gələn rusiyalı komissiya heyəti Andrey Karlovun ölüm işi ilə bağlı...
  Arannews- Rusiyanın Ankara səfiri Andrey Karlovun ölüm işi ilə bağlı Türkiyəyə gələn rusiyalı komissiya heyəti Respublika Baş Prokuroru Nəcib Cemlə görüşüb.
 rusiyalı rəsmilər Ankara Ədliyyəsinə gəliblər.
 Türkiyəli prokurorla rusiyalı nümayəndələrin görüşü 1 saat davam edib. Görüşdə kəşfiyyat mübadiləsi aparılıb və istintaqın koordinasiyalı bir şəkildə aparıldığı da qeyd edilib.
 Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A.Karlov terror edilib.