Tarix : 2016 Dec 28
Kod 51006

İran və Azərbaycan qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsini istəyiblər

2016-cı il İran və Azərbaycan əlaqələrinin tarixində əlamətdar ildir.
Arannews- İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri və Azərbaycan Respublikasının prezidenti qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsini istəyiblər.
İran rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşündə deyib:  İran-Azərbaycan iqtisadi əməkdaşlıqlar komissiyasının məqsədi İran prezidenti Həsən Ruhaninin tövsiyələrini icra etmək və iki ölkə əlaqələrinin inkişafı üçün yol xəritəsi hazırlamaqdan ibarətdir. 
Görüşdə İlahm Əliyev də İran və Azərbaycan arasında səmimi əlaqələrə toxunaraq deyib: 2016-cı il iki ölkə əlaqələrinin tarixində əlamətdar il oldu və bu il biz önəmli iqtisadi anlaşmaların imzalanmasının şahidi olduq. 
İlham Əliyev 2017-ci ilin də İran İlə Azərbaycan arasında dost əlaqələrin daha da möhkəmlənməsi və önəmli layihələrin icrası ili olacağına ümidvarlığını bildirib. 
Azərbaycan Respublikası prezidenti Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının istifadəyə verilməsinə toxunaraq deyib: Bu qatarın istifadəyə verilməsi ilə iki dost və qonşu ölkə arasında əlaqələrin daha da genişlənməsinin şahidi olacağıq.


  • Yazılıb
  • da (də) 2016 Dec 28
  • Göndərən مدير سايت Aran News