Tarix : 2016 Dec 28
Kod 51007

Azərbaycan, İran vətəndaşları üçün viza rejimini sadələşdirməyi planlaşdırır

İran vətəndaşları Azərbaycana daxil olmaq üçün vizaları “ASAN Viza” sistemi ilə ala bilər, bu zaman onlar vizanı üç gün ərzində əldə edəcəklər.
Arannews- Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək.
 “Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır”.
bu sözləri iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir deyib: “2017-ci ilin yanvarın 10-dan başlayaraq İran vətəndaşları Azərbaycana daxil olmaq üçün vizaları “ASAN Viza” sistemi ilə ala bilər, bu zaman onlar vizanı üç gün ərzində əldə edəcəklər”.


  • Yazılıb
  • da (də) 2016 Dec 28
  • Göndərən مدير سايت Aran News