Məhkəmə qarşısına 29 polis çıxarılıb. Onlardan 21-nə ömürlük, qalanlarına isə 8 ildən 15 ilədək həbs cəzasının verilməsi gözlənilir.
Arannews- İstanbulda Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı ilk məhkəmə prosesi başlayıb.
Məhkəmə qarşısına 29 polis çıxarılıb. Onlardan 21-nə ömürlük, qalanlarına isə 8 ildən 15 ilədək həbs cəzasının verilməsi gözlənilir.
Müttəhimlərdən 25 nəfəri əvvəllər çevriliş cəhdinin qarşısının alınması prosesində əmrlərə tabe olmaqdan imtina etdiklərinə görə həbs olunub. Onlar həmçinin öz həmkarları və vətəndaşlarını dövlət çevrilişinə müqavimət göstərməməyə inandırmaq cəhdlərində ittiham edilirlər.