Arannews- Rusiya və Türkiyənin yaxınlaşması Qərbdə ciddi təşviş yaradır.bu iddia ilə Almaniyanın “Frankfurter Allgemeine Zaytunq” qəzeti çıxış edib. Son proseslərə nəzər yetirən qəzet Moskvanın Yaxın Şərqdə böyük uğur qazanmaq ərəfəsində olduğunu bildirib:
“Yaxın Şərqdə qüvvələr balansı yenidən dəyişdi. Buna səbəb Rusiya, İran və Türkiyənin Suriya böhranının həll edilməməsi ilə bağlı razılıq əldə etməsi oldu. Bunun sayəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə əlaqələri gücləndirmək xətrinə regiondakı ambisiyalarından geri çəkilməyə hazır olduğunu nümayiş etdirdi. İki ölkə arasında münasibətlər artıq yenidən inkişafa doğru addımlayır. Ümumiyyətlə, son dövrlərdə bölgədə baş verən bütün proseslər Moskvanın ürəyincədir. Krımın hesabına Rusiya yenidən Qara dənizdə əsas dominant qüvvəyə çevrildi. Əgər Moskva Türkiyəni NATO-dan da çıxara bilsə, o zaman Rusiya xarici siyasətdə özünün ən böyük uğurunu qazanmış olacaq”.