Tarix : 2016 Dec 29
Kod 51013

AİP-dan sərt reaksiya

AİP Tale Bağırzadəyə ömürlük həbs və digər 16 dindara uzunmüddətli həbsin istənilməsini ədalətsizlik və qərəzli adlandırıb.
Arannews- Azərbaycan İslam Partiyası tanınmış azərbaycanlı ruhani və Müsəlman Birliyinin sədri Hacı Tale Bağırzadəyə ömürlük həbs və digər 16 dindara uzunmüddətli həbsin istənilməsini ədalətsizlik və qərəzli adlandırıb.
Azərbaycan İslam Partiyası bir bəyanatda 2015-ci il 26 noyabrda Nardaran hadisələrinə toxunaraq bildirib: 4 nardaran dindarının şəhid olması və bir neçə nəfərin də yaralanması ilə nəticələnən bu hadisə bizim düşmənlərimizin sevinməsinə şərait yaratdı.
AİP-in bəyanatında bildirilir: Ərazilərimizin 20%-nin Ermənistanın işğalında olduğu və vətəndaşlarımızın hər zamankından daha çox birlik və həmrəyliyə ehtiyaclı olduğu bir halda, təəssüfləndirici haldır ki, belə bir vəziyyətdə islam fəalları repressiya və həbs olunur və həbsdə işgəncə və ədalətsizliklə üzləşir.
Bu bəyanatın sonunda bildirilir: Biz İslam Partiyası olaraq vətəndaşlarla mehribanlıq və insaniyyətlə və qanun çərçivəsində davranılmasını istəyirik.
Bakı Ağır Cinayətlər Məhkəməsinin prokuroru bazar ertəsi günü Tale Bağırzadəyə ömürlük, Nardaran hadisələri ilə həbs olunan digər 16 məhbusa 10-20 il müddətində uzunmüddətli həbslər istəyib.
Azərbaycan Respublikasının xüsusi polis qüvvələri 2015-ci il 26 noyabrda Nardaran qəsəbəsində Bibi Rəhimənin (s.ə) ziyarətgahı yaxınlığındakı hüseyniyyəyə hücum ediblər. Təhlükəsizlik qüvvələri və polis məmurlarının Nardarana hücumunda 4 dindar şəhid olub.
Bu hücum zamanı Tale Bağırzadə və onlarla dindar həbs olunub.
Yayımlanan hesabatalra əsasən, bu qarşıdurmalar zamanı 87 nəfər həbs olunub. Onların təxminən 70 nəfəri mühakimə olunub və 1,5 ildən 6 ilə qədər azadlıqdan məhrum edilib.
Tale Bağırzadə və digər 16 nəfərin məhkəməsi davam edir. Bu şəxslər irəli sürülən ittihamları təkzib edir və deyirlər ki, onlardan işgəncə ilə yalan etiraflar alırlar.


  • Yazılıb
  • da (də) 2016 Dec 29
  • Göndərən مدير سايت Aran News