Tarix : 2016 Dec 29
Kod 51015

İran və Azərbaycan Müştərək İqtisadi Komissiyasında iqtisadi həmkarlıqları araşdırılıb

bu işçi qruplarında iki tərəf neft və energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələri daxil olmaqla müxtəlif əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparıb.
Arannews- İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının 11-ci iclasının ikinci günü bu gün səkkiz ixtisas qrupunun təşkili və ikitərəfli görüşlərlə davam edib.
bu işçi qruplarında iki tərəf neft və energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələri daxil olmaqla müxtəlif əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparıb.
İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının iranlı həmsədri və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi bu gün Azərbaycan Respublikası rəsmiləri, o sıradan öz azərbaycanlı həmkarı Ramin Quluzadə ilə rabitə və poçt həmkarlıqlarının genişləndirilməsi barədə danışıb.
Ramin Quluzadə bu görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qənaətbəxş həddə iki ölkə əməkdaşlıqlarına zəminin yaranmasına işarə edərək, əlavə edib: Həmkarlıqların həcminə görə, bu iclasda iki tərəfin işlərininin izlənilməsi üzrə müştərək işçi qrupu təşkil etdik və bu işçi qrup yeni milad ili yanvarın onunda işə başlayacaq.
Mahmud Vaizi də IT, rabitə, şəbəkə və kiber təhlükəsizliyi, poçt həmkarlıqları, tədqiqat və inkişaf sahələrindəki əməkdaşlıqların genişləndirilməsi üçün atmosferin münasib olduğunu bildirib. O, deyib: Biz iki ölkə iki tərəfin elektronika ticarəti sahəsindəki qabiliyyətlərinə görə, əməkdaşlıqların ikitərəfli miqyasdan üç və dördtərəfli miqyasa və hətta regional səviyyəyə keçməsi ardıncayıq.


  • Yazılıb
  • da (də) 2016 Dec 29
  • Göndərən مدير سايت Aran News