Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas yanvarın 10-na təyin edilib.
Arannews- Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi eyni icraata verilib."Report"un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas yanvarın 10-na təyin edilib.
Cinayət işinə hakim Eldar İsmayılov sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.hər iki şəxs ittihamı şər-böhtan adlandırıllar.
Yanvar ayının 19-u Natiq Kərimov ev dustaqlığına buraxılıb.