Tarix : 2017 Jan 01
Kod 51022

İmam Xameneinin risaləsi Gürcüstanda çap olunub

risalə İranın Gürcüstandakı Mədəniyyət Mərkəzi, Gürcüstanın "Darul-Hikmət" və "Gürcüstan Müsəlmanlarının İşləri İdarəsi"nin dəstəyi ilə tərcümə və çap olunub.
Arannews- İran İslam Respublikasının Ali Rəhbəri Ayətullahülüzma Seyid Əli Xameneinin “Şəri Suallara Cavablar” (İstiftaat) risaləsi Gürcüstanda çap olunub. 
Ali Rəhbər Ayətullahülüzma Seyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi “Fiqh Risaləsi” adı ilə Gürcüstanda Azərbaycan dilinə  tərcümə və nəşr edilib. 
Kitab İranın Gürcüstandakı Mədəniyyət Mərkəzi, Gürcüstanın "Darul-Hikmət" və "Gürcüstan Müsəlmanlarının İşləri İdarəsi"nin dəstəyi ilə tərcümə və çap olunub. 
240 səhifədə nəşr edilən kitabın müqəddiməsində müsəlmanların öz şəri vəzifələrini öyrənmələrinin zərurəti barədə danışılıb, şəri hökmlərin İslami mənbələrdən təqlid mərcələri tərəfindən çıxarılmasının elmi və dini dəyəri vurğulanıb və bütün müsəlmanlara müctəhidlərin şəri risalələrindəki hökmlərə əməl edilməsinin vacibliyi qeyd edilib.
Ali Rəhbər  Ayətullahülüzma Seyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi ilk dəfədir ki, Gürcüstanda çap olunub.


  • Yazılıb
  • da (də) 2017 Jan 01
  • Göndərən مدير سايت Aran News