Tarix : 2017 Jan 01
Kod 51024

İran və Azərbaycan əlaqələri

İran İslam Respublikası Prezidenti Həsən Ruhaninin ən çox görüşdüyü Azərbaycanın dövlət başçısı İlham Əliyev olub.
Arannews- Azərbaycan və İran əlaqələrinin inkişafına dair infoqrafika təqdim edilir:
"2016-cı ildə prezident Həsən Ruhaninin ən çox görüşdüyü Azərbaycanın dövlət başçısı İlham Əliyev olub. Ötən 9 ay ərzində  iki prezident üç dəfə görüşüb.  
İki ölkə arasında  dövlətlərarası iqtisadi komissiyanın 11 iclası keçirilib. İclaslar 2016-cı ildə  Tehranda və Bakıda təşkil olunub. Məlumatda 2016-cı ildə  ölkələr arasında ticarət dövriyyəsinin  60 faiz artdığı vurğulanıb, iqtisadi əməkdaşlığa dair 40  saziş imzalanıb.
iki ölkənin dəmir yollarının birləşdirilməsi, Xudafərin bəndinin təkmilləşdirilməsinə dair imzalanmış sənəd,  Araz çayının üzərində yeni su elektrik stansiyasının tikintisi, Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun təməlqoyma mərasiminin keçirilməsi, “Şimal-Cənub Dəhlizi” çərçivəsində  dəmir yolu xəttinin  tikintisinin sürətləndirilməsində əməkdaşlığın artırılması və iki ölkə arasında turizmin  inkişaf etdirilməsi 2016-cı ildə qonşu ölkələr  arasında aparılan fəal diplomatiyanın  önəmli nəticəsidir".


  • Yazılıb
  • da (də) 2017 Jan 01
  • Göndərən مدير سايت Aran News