İran İslam Respublikası Prezidenti Həsən Ruhaninin ən çox görüşdüyü Azərbaycanın dövlət başçısı İlham Əliyev olub.
Arannews- Azərbaycan və İran əlaqələrinin inkişafına dair infoqrafika təqdim edilir:"2016-cı ildə prezident Həsən Ruhaninin ən çox görüşdüyü Azərbaycanın dövlət başçısı İlham Əliyev olub. Ötən 9 ay ərzində iki prezident üç dəfə görüşüb.
İki ölkə arasında dövlətlərarası iqtisadi komissiyanın 11 iclası keçirilib. İclaslar 2016-cı ildə Tehranda və Bakıda təşkil olunub. Məlumatda 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsinin 60 faiz artdığı vurğulanıb, iqtisadi əməkdaşlığa dair 40 saziş imzalanıb.
iki ölkənin dəmir yollarının birləşdirilməsi, Xudafərin bəndinin təkmilləşdirilməsinə dair imzalanmış sənəd, Araz çayının üzərində yeni su elektrik stansiyasının tikintisi, Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun təməlqoyma mərasiminin keçirilməsi, “Şimal-Cənub Dəhlizi” çərçivəsində dəmir yolu xəttinin tikintisinin sürətləndirilməsində əməkdaşlığın artırılması və iki ölkə arasında turizmin inkişaf etdirilməsi 2016-cı ildə qonşu ölkələr arasında aparılan fəal diplomatiyanın önəmli nəticəsidir".