Xəbər Lenti

Azərbaycana daha çox haradan gəlirlər

Hafiz Hacıyev “Qaçqınkom” sədrini "yıxıb sürüdü"

Rüfət Aslanlının sirli-sehrli dünyası: Bahalı şərablar, dəbdəbəli otellər, zinət əşyaları...

Füzuli və Cəbrayılın işğalından 24 il ötdü

Eldar Mahmudovu Nardaranda saxlayan səbəb

Cəbhəçi Avropa Məhkəməsinə 3-cü şikayətini edəcək

Vəkil: ‘Gözəl Bayramlı rəsmi açıqlamanı təkzib edir’

Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamağı planlayır

Rusiya ilə müdafiə sənayesi məsələləri müzakirə edilib

MTN generalı: 'Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər'

Rusiya və Ermənistan Qarabağ münaqişəsini müzakirə edəcək

İsveç prokurorluğu Ziya Məmmədovla Arif Əsgərova ittiham irəli sürə bilər

“Türkiyə Ermənistanla sərhədləri açır”

Z. Mikayılzadə: "İstədilər ki, bizi Suriyadakı terrorçuların davamı kimi göstərsinlər"

Məhkəmə Ə.Muxtarlının işində iki şikayəti rədd edib

Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun vəkili çıxış etdi

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

Şeytanın qulağının kar olduğu kənd

Hakimiyyət Əli Kərimliyə qarşı biabırçı əməllərindən əl çəkmir

Ermənistan silahlı bölmələri atəşkəsi 127 dəfə pozub

“Nardaran ”məhbusu müalicə müəssisəsinə yerləşdirilib

Göyçay rayon icra hakimiyyətinin sahibkarların başına gətirdiyi bazar oyunu

''Media məkanı tamamilə hökumətin əlinə keçir''

Siyasi fəallar Bakı Şəhər Baş Polis İdarəsində dindiriliblər

Bəyanat: ''Turan''a təzyiq hakimiyyətin acizliyinin göstəricisidir

Avropada yaşayan azərbaycanlılardan məhbus ailələrinə dəstək

REAL-ın üzvünə 7 sutka inzibati həbs verilib (yenilənib)

''İşıq məhbusları''na hökm oxunub

Bədənində güllə daşıyan Nardaran məhbusları

Üç ayda İrana Azərbaycandan 227 min nəfər gedib

Paşa Holdinqin 100 milyonluq yeni oteli

Ölkənin hər yerində “ağ yalan” paylayırlar

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı - “kartlar” açılır...

İdmançı: 3 ildir nazirlik müxtəlif bəhanələrlə məni aldadır

Astara 10 min Ərbəin zəvvarını qarşılamağa hazırdır

İran, Türkiyə və Rusiya arasında 7 milyardlıq əməkdaşlıq müqaviləsi

Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam”

Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır

Vəkili: 'İstintaq Fuad Qəhrəmanlının əşyalarını geri vermir'

Arxiv
 
Tarix : 2017 Yan 01     |     Kod : 51026

Tale Bağırzadə: "hakimiyyət mübariz insanlara qarşı qeyri-insani addımlar atır"

Müsəlman Birliyi Hərəkatının sədri: "hakimiyyət xalqı güc strukturları vasitəsilə qorxu altında idarə etdiyinə görə və xalqın işindən hakimiyyətin bu qorxu basqına qarşı cəsarətlə mübarizə aparanları özünün ən böyük düşməni hesab edir".

Arannews- Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Nardaran işi”nin əsas simalarından biri - Taleh Bağırzadə Meydan TV-nin suallarını cavablandırıb.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istədikdən sonra Meydan TV Taleh Bağırzadəyə gündəmi tutmuş mövzularla bağlı suallar göndərmişdi.

- Taleh bəy, prokurorun sizə ömürlük həbs cəzası istəyəcəyini gözləyirdiz?
- Mənim üçün gözlənilməz deyildi. Özümü əvvəlcədən hakimiyyətin mənə qarşı ən ağır cəza verəcəyinə hazırlamışdım. Çünki hakimiyyət xalqı güc strukturları vasitəsilə qorxu altında idarə etdiyinə görə və xalqın işindən hakimiyyətin bu qorxu basqına qarşı cəsarətlə mübarizə aparanları özünün ən böyük düşməni hesab edir. Və bu zaman hakimiyyət mübariz insanlara qarşı qeyri-insani, amansız və qəddar addımlar atır. Bizə istənilən ömürlük cəzalar da eyni məqsəd güdür. Amma Azərbaycan hakimiyyəti bilməlidir ki, verəcəyi ömürlük həbs cəzası azadlıq və demokratiya uğrunda mübarizəmizdən bizi döndərməyəcək.

- Azərbaycanın siyasi tarixində bu cür hökmlər olub və haqqında ömürlük qərar çıxarılanlardan azadlıqda olanlar da var. Öz taleyiniz barədə nə düşünürsünüz?
- Bizim yaşam fəlsəfəmizdə zülmlə idarə olunan cəmiyyət böyük zindan, həbsxana isə kiçik zindandır. Nə qədər ki, Azərbaycan böyük zindana çevrilib, mübariz insanlar üçün kiçik zindanda hansı cəza ilə cəzalandırılmanın heç bir fərqi yoxdur. Bizim üçün önəmli olan kiçik zindanda hansı cəza almağımız önəmli deyil, əsas xalqımızın böyük zindandan azadlığı üçün çalışmaqdır. Bu yolda bizə ömürlük cəza ən böyük hədiyyə hesab olunur. Həm də ömürlük həbsdə qalacağımı düşünmürəm, mənim həbsimin müddəti bu hakimiyyətin ömrü qədərdir. Çünki hüquqi olaraq heç bir cinayət törətmədiyimiz hər kəsə bəllidir.

-6 ayda keçirilən məhkəmə prosesləri yaddaşınızda hansı hisslər buraxdı? Sizin məhkəmənizdə açılmayan məqamlar oldumu?
- Əslində, buna məhkəmə demək həqiqi, ədalətli məhkəmələrə hörmətsizlikdir. Bu məhkəmə sadəcə “hüquq” adına qurulmuş sifarişli, qərəzli, ədalətsiz oyun idi. Proses zamanı mülki insanların və iki nəfər polisin hücum edən polislər tərəfdən öldürüldüyü sübut edildi. Lakin məhz konkret hansı quldur polislər tərəfindən öldürülməsini polislər gizli saxladı.

- Növbəti ilin sosial-siyasi baxımdan ağır olacağını həm rəsmi, həm də müstəqil ekspertlər vurğulayırlar. Durum həbsxanadan necə görünür?
- Həbsxanalar cəmiyyətlə harmoniyada olduğu üçün baş verənlər həbsxanaya da yansıdır.

- AXCP-çi gənc məhbus Elvin Abdullayevin məktubu barədə nə deyə bilərsiniz?
- Əvvəla, bunu Elvin Abdullayevin yazdığına inanmıram. Həmin mətn ATV və Xəzər TV-nin barəmizdə yazdığı böhtan və həqarətlərin mətnilə eynilik təşkil edir. Bu, Azərbaycan hakimiyyətinin qurduğu bir plandır və bu mətnin Elvin Abdullayevin adından yayılmasına görə onu qınamıram və anlayıram. Azadlıq hər kəsin haqqıdır, lakin bu azadlığı vermək üçün hakimiyyət belə çirkin üsullara əl atrır. Proseslər onu göstərdi ki, cəmiyyət və AXCP daim hüquqları pozulan bizlərin yanında oldu. Bu yazının yazılması və AXCP fəalının adından təqdim edilməsi məkrli məqsədə xidmət edir.



Yazılıb da (də)   2017 Yan 01  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin