Xəbər Lenti

11 sentyabr terror qurbanlarının ailələri Səudiyyəni məhkəməyə verdilər

Ermənistan Qarabağda hərbi təlimlərə başladı

Azərbaycan İslam Partiyası Mövsüm Səmədovun karsa salınması ilə bağlı bəyanat verib

Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb

UNİCEF: su qıtlığı 600 milyon uşağı ciddi təhlükə qarşısında qoyub

Ermənistanda silahlı çevriliş cəhdi: Samvel Babayan həbs olundu

Rusiyadan Türkiyəyə qadağa ilə bağlı - Qərar

Bayram günlərini karserdə keçirən Mövsüm Səmədova yenidən 2 aylıq karser cəzası verilib

Azərbaycanlı deputat Rusiyada həbs edildi – Rüşvət qalmaqalı

Ərəblər Sarkisyanı təmtəraqla qarşıladı – FOTOLAR

Rusiyadan İsrailə etiraz; Səfir nazirliyə çağrıldı

İran parlamentinin sədri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

İranın nüfuzlu azərbaycanlı din alimi Gürcüstan Patriarxı ilə görüşdü

Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa çıxıb

“Terrorun beyni Səudiyyə xanədanıdır”

Pakistan Bakıya kompakt taktiki nüvə silahları verəcək

“müqavimət iqtisadiyyatı, istehsal və məşğulluq ili”
Novruz bayramında Ayətullah Xameneinin xalqa müraciəti

AZƏRBAYCAN GƏNCLƏRİNDƏN BƏYƏNAT: ƏLIYEV REJİMİNƏ QARŞI MİTİNQLƏRƏ START VERİRİK

“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü saxlanılıb

Ölkədə qiymət artımına səbəb olan 3 mühüm faktor

Bakıda “İslam Həmrəyliyi - Zamanın çağırışı” Beynəlxalq Konfransı keçirildi

namaz məhbusu Şeyx Sərdarla bağlı geniş hesabat

Dövlət Sığorta Kommersiya Şirkəti vətəndaşın haqqını yeyir - ŞİKAYƏT

Əlixan Musayev yenidən XORTLADI

Höccətül-islam Nəzəri: Azərbaycan Respublikasında vəziyyət narahatedicidir

Təbrizdə Hacı Əlikramın vəfatının 6-ci ildönümünün münasibətilə anım mərasim keçirildi-FOTO

 Sankt-Peterburq möminlər Şeyx Sərdarın azadlıqını tələb ediblər

Nikol Paşinyan: "Ermənistan Prezidenti ölkəni çarəsiz vəziyyətə salıb"

Hindistanlı ruhanilərdən Şeyx Sərdara dəstək

Sərkisyanın Putindən İstəyi

Putin və Sarkisyan arasında görüş keçiriləcək

Təbrizdə AİP banisinə həsr olunan mərasim keçiriləcək

Hacı Abgülün "kars" müddəti artırılıb

Masallı dindarlarının həbs müddəti başa catıb

şeyx sərdarın Namaz Məhbusu kimi həbsdə olmağı onun üçün bir şərəfdir

Sərdarın “namaz məhbusu” kimi qəfil həbsi tanımayanlar üçün böyük tanıtım oldu

Rusiya Ermənistan və Abxaziyadakı bazalarında qoşunların döyüşə hazırlığını qəfil yoxlayıb

Azərbaycan Hakimiyyəti repressiv addımlarını davam etdirir

İlham Əliyev: "Şeyx Sərdara qarşı atılan hər bir neqativ addım cəmiyyətə qarşı atılmış kimidir"

Ermənistanın İqtisadiyyati pis vəziyyətdədir

Arxiv
 
Tarix : 2017 Yan 01     |     Kod : 51027

Elçin Qasımov: "Gec-tez, hər bir məmləkətdə haqq-ədalət bərpa olunacaq"

Müsəlman Birliyi Hərəkatı sədrinin müavini: "Bizdən zərrə qədər narahat olmayın. Azərbaycan xalqına, ac-yalavac insanlara, dəyərlərin itməsinə görə narahat olun. Biz öz günahsızlığımızı sübut edəcəyik".

Arannews- “Gec-tez, hər bir məmləkətdə haqq-ədalət bərpa olunacaq. Burada haqqı müdafiə edənlərin məhkəməsi gedir. Bizdən zərrə qədər narahat olmayın. Azərbaycan xalqına, ac-yalavac insanlara, dəyərlərin itməsinə görə narahat olun. Şükür Allaha, biz yaxşıyıq. Biz öz günahsızlığımızı sübut edəcəyik, siz də buna şahid olacaqsınız”.
Bu sözləri Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov dilə gətirib. O, özünün, eləcə də mühakimə olunan daha 11 nəfərin (Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirəli Əliyev) məhkəməsində danışıb. Adları çəkilən şəxslər Nardaran hadisələrindən sonra həbs olunan dindarlardır və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Dekabrın 30-da məhkəmənin hazırlıq iclasında Elçin Qasımov və Seyfəddin Şirvanovun vəkili Fariz Namazlı müdafiə etdiyi şəxslər haqqında cinayət işinə xitam verilməsindən ötrü vəsatət qaldırıblar. İşin məhkəmə baxışına çıxarılmasına etirazını bildirən vəkillər bu adamların əməlində cinayət tərkibi görmədiklərini vurğulayıblar: “İstintaq orqanı onları cinayətkar dəstə kimi qələmə verib, ancaq bu, düzgün deyil. Müsəlman Birliyi Hərəkatı qeyri-hökumət təşkilatıdır. Birliyin qeydiyyata alınması üçün təsis sənədləri iki dəfə Ədliyyə Nazirliyinə də təqdim olunub. Ancaq nazirlik əsassız cavabla birliyi dövlət qeydiyyatına almaqdan imtina edib”.
Vəkil Fariz Namazlı daha bir vəsatətində müdafiə etdiyi şəxslərin ev dustaqlığına buraxılmasını istəyib.

Fariz Namazlı eyni zamanda, hüquqlarını müdafiə etdiyi şəxslərin məhkəmə salonundakı şüşə kabinədən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verilməsini istəyib. Vəkil bunu müdafiənin qurulması, zəruri məsləhətləşmələrə ehtiyac baxımından əsaslandırıb.

Hakim Mayıl Bayramov bu vəsatətə özünəməxsus reaksiya verib: “Olmaz ki, siz gedib içəridə təqsirləndirilən şəxslərin yanında oturasınız?!”.
Fariz Namazlının daha bir vəsatətində əlavə şahidlərin, o cümlədən Taleh Bağırovla hal şahidlərinin bu məhkəmədə dindirilməsi istənib.
Daxili İşlər Nazirliyinin (DİN-nin) təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnu da pozduğunu vurğulayan vəkil bu barədə ayrıca qərar çıxarılmasını vacib sayıb: “Dekabrın 15-də DİN-in mətbuat katibi bəyanat yayaraq, Müsəlman Birliyi Hərəkatını “cinayətkar dəstə” adlandırıb. Yazılıb ki, onlar ağır cinayət törədiblər və cəzalarını alacaqlar. Hökm olmadan belə fikir səsləndirmək təqsirsizlik prezumpsiyası hüququnun pozuntusudur və bu pozuntunun tanınmasını istəyirik. Xahiş edirik, Sadiq Gözəlov barəsində də xüsusi qərar çıxarılsın”.

Təqsirləndirilən Elgün Axundovun vəkili Gürsel Atakişiyev istintaqda yol verilmiş qanun pozuntularından danışıb.

İsa İbrahimovun vəkili Azər Nağıyev müvəkkilinin Nardaran hadisələri zamanı, ümumiyyətlə, Azərbaycanda olmadığına diqqət çəkib.

“Biz insanların bərabər yaşamasını, Konstitusiyanın işləməsini istəyirik”

Təqsirləndirilənlərdən İsa İbrahimov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmalarından danışıb: “Bandotdel” bizə on gün “qonaqlıq” verdi. Allah elədiklərini qabaqlarına çıxaracaq. Mən Nardaran hadisələri olanda Kərbəlada idim. Elədiklərinə görə hamısı lənətə gələcək, hamısını MTN-çilər kimi Kürdəxanı gözləyir”.

Vəkillərin qaldırdığı vəsatətlərdən yalnız hal şahidlərinin dindirilməsi qəbul olunub. Hakim deyib ki, əsas şahidlərin dindirilməsi başa çatandan sonra həmin şahidlər dindirilə bilər.

Məhkəmə yanvarın 13-nə təyin edilib.


Yazılıb da (də)   2017 Yan 01  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin