Xəbər Lenti

İmam Kazimin (ə) şəhadət gecəsi ilə eyni zamanda Azərbaycanın islamçı məhbusları ilə həmrəylik mərasimi

Azərbaycan hərbi xərcləri 36 faiz azaldıb

Azərbaycanda demokratiya tərafdarlarının həyatı təhlükədədir

Gürcüstan və İran ruhaniləri arasında əlaqələr genişlənir

Bloqçu cəzaçəkmə müəssisəsinə köçürülüb

İran və Gürcüstan müxtəlif sahələrdə əməkdaşlıq sənədi imzalayıblar

İranlı taekvondoçular Asiya Çempionu oldu

Ərdoğanın demokratiyanın üzünə çəkdiyi ülgüc

AİP-in Qadınlar Şurası məscidlərin dağıdılmasını tənqid edib

Azərbaycanda Sədi konfransi keçirildi+FOTO

Əl Amiri: Ərdoğan Terror Təşkilatlarının Baş hamisidir

Amerikalı psixoloqlar: Tramp psixi xəstədir

Tatarıstan prezidenti İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət edib

XİN Rəhbərlərin üçtərəfli görüşünün vaxtı məlum olub

Dağlıq Qarabağ münaqişəsinin həllində ən mühüm rolu Rusiya oynamalıdır

ANS-lə durum gərgin və arzuolunmazdır.

islam dünyası merlərinin iclası Məşhəddə keçiriləcək

Ukrayna və İran razılığa gəliblər

Beynəlxalq Fəcr Film Festivalında 64 ölkə iştirak edəcək

Professor Təhminə Rüstəmova ömrünün 65 ilini Fars dilinin öyrənilməsinə sərf edib

Georgi Kvirikaşvili İrana Səfər Edib

Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir

Türkiyədə müxalifətin müraciəti rədd edilib

İran və Rusiya müxtəlif beynəlxalq mövzularda məşvərətdədirlər

Azəri iqtisadçı: "Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir"

Gürcüstan İranla əlaqələrin genişlənməsində maraqlıdır

Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı

Azərbaycanda İş yerlərinin sirri

Nardaran işi məhkəməsinin növbəti prosesi keçirilib

Faiq Əmirliyə qarşı yeni ittihamlar

Azərbaycanda yüksək səviyyəli inflyasiya davam edir

Türkiyədə Fövqəladə Vəziyyəti uzadılır

İran Dünya Çempionu oldu

İƏT-ə üzv ölkələrin dəmir yolları rəhbərləri bakıda

Bülənt Tezcan: "referendum nəticələri Ali Seçki Komissiyası tərəfindən ləğv olunmalıdır"

Azərbaycanın televiziya kanallarında dindarlara qarşı təxribat davam edirilir

İranlı müəllimlər dünyanın ən üstün alimləri siyahısında

İran Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllinin tərəfdarıdır

CHP sədri konstitusiya dəyişikliyi seçkilərilə bağlı açıqlama verib

Arxiv
 
Tarix : 2017 Yan 01     |     Kod : 51027

Elçin Qasımov: "Gec-tez, hər bir məmləkətdə haqq-ədalət bərpa olunacaq"

Müsəlman Birliyi Hərəkatı sədrinin müavini: "Bizdən zərrə qədər narahat olmayın. Azərbaycan xalqına, ac-yalavac insanlara, dəyərlərin itməsinə görə narahat olun. Biz öz günahsızlığımızı sübut edəcəyik".

Arannews- “Gec-tez, hər bir məmləkətdə haqq-ədalət bərpa olunacaq. Burada haqqı müdafiə edənlərin məhkəməsi gedir. Bizdən zərrə qədər narahat olmayın. Azərbaycan xalqına, ac-yalavac insanlara, dəyərlərin itməsinə görə narahat olun. Şükür Allaha, biz yaxşıyıq. Biz öz günahsızlığımızı sübut edəcəyik, siz də buna şahid olacaqsınız”.
Bu sözləri Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov dilə gətirib. O, özünün, eləcə də mühakimə olunan daha 11 nəfərin (Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirəli Əliyev) məhkəməsində danışıb. Adları çəkilən şəxslər Nardaran hadisələrindən sonra həbs olunan dindarlardır və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Dekabrın 30-da məhkəmənin hazırlıq iclasında Elçin Qasımov və Seyfəddin Şirvanovun vəkili Fariz Namazlı müdafiə etdiyi şəxslər haqqında cinayət işinə xitam verilməsindən ötrü vəsatət qaldırıblar. İşin məhkəmə baxışına çıxarılmasına etirazını bildirən vəkillər bu adamların əməlində cinayət tərkibi görmədiklərini vurğulayıblar: “İstintaq orqanı onları cinayətkar dəstə kimi qələmə verib, ancaq bu, düzgün deyil. Müsəlman Birliyi Hərəkatı qeyri-hökumət təşkilatıdır. Birliyin qeydiyyata alınması üçün təsis sənədləri iki dəfə Ədliyyə Nazirliyinə də təqdim olunub. Ancaq nazirlik əsassız cavabla birliyi dövlət qeydiyyatına almaqdan imtina edib”.
Vəkil Fariz Namazlı daha bir vəsatətində müdafiə etdiyi şəxslərin ev dustaqlığına buraxılmasını istəyib.

Fariz Namazlı eyni zamanda, hüquqlarını müdafiə etdiyi şəxslərin məhkəmə salonundakı şüşə kabinədən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verilməsini istəyib. Vəkil bunu müdafiənin qurulması, zəruri məsləhətləşmələrə ehtiyac baxımından əsaslandırıb.

Hakim Mayıl Bayramov bu vəsatətə özünəməxsus reaksiya verib: “Olmaz ki, siz gedib içəridə təqsirləndirilən şəxslərin yanında oturasınız?!”.
Fariz Namazlının daha bir vəsatətində əlavə şahidlərin, o cümlədən Taleh Bağırovla hal şahidlərinin bu məhkəmədə dindirilməsi istənib.
Daxili İşlər Nazirliyinin (DİN-nin) təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnu da pozduğunu vurğulayan vəkil bu barədə ayrıca qərar çıxarılmasını vacib sayıb: “Dekabrın 15-də DİN-in mətbuat katibi bəyanat yayaraq, Müsəlman Birliyi Hərəkatını “cinayətkar dəstə” adlandırıb. Yazılıb ki, onlar ağır cinayət törədiblər və cəzalarını alacaqlar. Hökm olmadan belə fikir səsləndirmək təqsirsizlik prezumpsiyası hüququnun pozuntusudur və bu pozuntunun tanınmasını istəyirik. Xahiş edirik, Sadiq Gözəlov barəsində də xüsusi qərar çıxarılsın”.

Təqsirləndirilən Elgün Axundovun vəkili Gürsel Atakişiyev istintaqda yol verilmiş qanun pozuntularından danışıb.

İsa İbrahimovun vəkili Azər Nağıyev müvəkkilinin Nardaran hadisələri zamanı, ümumiyyətlə, Azərbaycanda olmadığına diqqət çəkib.

“Biz insanların bərabər yaşamasını, Konstitusiyanın işləməsini istəyirik”

Təqsirləndirilənlərdən İsa İbrahimov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmalarından danışıb: “Bandotdel” bizə on gün “qonaqlıq” verdi. Allah elədiklərini qabaqlarına çıxaracaq. Mən Nardaran hadisələri olanda Kərbəlada idim. Elədiklərinə görə hamısı lənətə gələcək, hamısını MTN-çilər kimi Kürdəxanı gözləyir”.

Vəkillərin qaldırdığı vəsatətlərdən yalnız hal şahidlərinin dindirilməsi qəbul olunub. Hakim deyib ki, əsas şahidlərin dindirilməsi başa çatandan sonra həmin şahidlər dindirilə bilər.

Məhkəmə yanvarın 13-nə təyin edilib.


Yazılıb da (də)   2017 Yan 01  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin