Azərbaycan OPEK-lə əldə edilən razılaşma çərçivəsində dünəndən sutkalıq neft hasilatını 35 min barel azaldılması prosesinə başlayıb.
Arannews- Azərbaycan OPEK-lə əldə edilən razılaşma çərçivəsində dünəndən sutkalıq neft hasilatını 35 min barel azaldılması prosesinə başlayıb.
10 dekabr 2016-cı ildə Vyanada keçirilən görüşdə OPEK ölkələri gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər. Görüşdə OPEK-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Ancaq bu o demək deyil ki, Azərbaycan yanvarın 1-də dərhal neft hasilatını 35 min barel azaldıb. Yanvarın 1-dən OPEK-in qərarı qüvvəyə mini rvə Azərbaycan neft hasilatının azaldılması prosesinə başlayıb. OPEK neft hasilatının 6 ay ərzində 35 min barel azaldılmasını gözləyir.