Tarix : 2017 Jan 02
Kod 51032

Politoloq deputatın açıqlamasına reaksiya verib

politoloq Zərdüşt Əlizadə Q.Həsənquliyevin məlum fikirləri qarşısında mat-məətəl qaldığını bildirib.
Arannews- Qüdrət Həsənquliyevin açıqlaması Zərdüşt Əlizadəni mat qoydu:“Mənim bu fikirləri şərh etməyə zəkam çatmır”
Millət vəkili Qüdət Həsənquliyev Milli Məclisin toplantısında İranın ünvanına ciddi hədə səsləndirib. Millət vəkili bildirib ki, əgər İran Azərbaycana hücum etsə, dünyanın siyasi xəritəsindən silinəcək.
Maraqlıdır, Azərbaycan həqiqətən də İranı xəritədən siləcək gücə sahibdirmi? Əgər sahibdirsə, o zaman nə üçün İrandan qat-qat zəif olan Ermənistandan işğaldakı torpaqlarını almır?
politoloq Zərdüşt Əlizadə Q.Həsənquliyevin məlum fikirləri qarşısında mat-məətəl qaldığını bildirib:
 “Etiraf edirəm ki, bu açıqlama məni mat qoyub. Bu fikrin, bu məntiqin qarşısında deməyə söz tapa bilmirəm. Mənim zəkam bu açıqlamanı şərh etmək, bu məntiqin dərinliklərinə sirayət etməkdə acizdir və mən bu acizliyi etiraf edirəm. Məni üzürlü bilin”.

  • Yazılıb
  • da (də) 2017 Jan 02
  • Göndərən مدير سايت Aran News