Xəbər Lenti

Bakıda "Xurşidbanu" adlı ədəbi tədbir keçirilib

Azərbaycan İslam Partiyası seçkilərlə bağlı mövqeyini açıqladı

Şeyxin ''kontrol'' mesajı

Fərman Ceyranlının vəkilləri apelyasiya şikayəti verib

Bakıda “İran kinosu günləri”nin açılışı olacaq - AFİŞA

Tale Bağırzadə yeni təkliflə çıxış etdi

Polis Eldar Mahmudovla bağlı daha bir təhqiqata başladı

ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

Səid Həriri Ayətullah Sistani və Heydər əl-Abadiyə gizli məktub yazaraq bunu xahiş edib

İsrail Fələstindən olan məhbuslara daha az yemək verəcək

"Nardaran işi 4": "Məni başıüstə meyitin üzərinə tulladılar" -

Münhendə Xoacalı aksiyası keçirilib

Bakıda `Gülənçi` olan 2 türkiyəli məhkəmədən yoxa çıxıb

Yalçın İmanovun vəkillik fəaliyətinə xitam verilməsi üzrə ilkin baxış olub

Saakaşviliyə 3 illik qadağa qoyuldu –Ukraynaya girə bilməyəcək

ABŞ-da tələbələr Ağ Ev qarşısında Trampa etiraz etdi

`Boko Haram` terrorçuları 111 nigeriyalı şagird qızı qaçırıb

Imam Xomeyni : Bütün dünyanı gəzsəniz Xamenei kimi islama bağlı və qəlbən öz xalqına xidmət edəcək bir rəhbər tapa bilməzsiniz

3 keçmiş MTN generalına cəza istəniləcək

ƏN MƏSUM “CİNAYƏTKAR” -

Bəhreyn rejimi hüquq müdafiəçisini tənqidlərinə görə 5 il həbsə məhkum etdi

Suriya kürdləri, Dəməşq və Rusiya nümayəndələri arasında üçtərəfli görüş

Yəmən raketi Ərəbistan təcavüzkarlarının canını aldı

Azərbaycandan qanunsuz olaraq çıxmağa çalışan xarici ölkə vətəndaşları saxlanılıb

"Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb"

Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir – FOTO

Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat

Gürcüstan höküməti jurnalistin qaçırılma məsələsində özünü müdafiə edir

"Heykəl məhbusu"nun apellyasiya şikayəti təmin olunmadı -

Beynəlxalq sammitdə Tale Bağırzadənin fotoşəkili sərgilənib

Mahmud Abbas sionist İsrailin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasını tərk edib

Dünya Həzrəti Zəhraya (s.ə.) matəm saxlayır – FOTO

Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər

Hakimiyyətin dəyişməməsinin səbəbi

Məhkəmədə Əbülfəz Bünyadovun səhhəti pisləşib

Bakı dindarları Xanım Zəhranın (s.ə) şəhadətini qeyd edir

Əhsən Nuruzadənin məhkəmə istintaqı yekunlaşıb

İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Azərbaycana səfər edəcək

"Nardaran 4" işi: dövlət ittihamçısı ittiham aktını elan edib

Əfqan Muxtarlının işi üzrə qismən məhkəmə istintaqı aparılacaq

Arxiv
 
Tarix : 2017 Yan 02     |     Kod : 51033

Mehman Əliyev: "Xalqa həqiqəti demək lazımdır"

İlham Əliyev məğlubiyyəti qəbul eləmək istəmir, məğlubiyyətlə barışmaq onun təbiətində yoxdur.

Arannews- “Xalqa həqiqəti demək lazımdır”, – “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev prezident İlham Əliyevin xalqa Yeni il müraciətini qiymətləndirərkən bildirib.

Mehman Əliyev bildirib ki: 
–"Ənənəvi olaraq, İlham Əliyev məğlubiyyəti qəbul eləmək istəmir, məğlubiyyətlə barışmaq onun təbiətində yoxdur. O, həmişə ən çətin günlərdə də məsələyə qalibiyyət görkəmi verməyə çalışıb. Etiraf eləmək istəmir ki, ölkə iki ildir, böhran içindədir, bütün statistik göstəricilər, manatın dəyəri, qiymətlərin artması, istehsalın düşməsi, iş yerlərinin bağlanması vəziyyətin kifayət qədər çətin olduğunu göstərir. Valyuta bazarında baş verənlər göz qabağındadır. Qızıl ehtiyatlarının satılması, valyuta ehtiyatlarının azalması, xarici borcun artması, büdcə gəlirlərinin azalması… yəni bütün istiqamətlərdə vəziyyət pisləşib.
Belə bir halda hər hansı uğurdan danışmaq düzgün deyil. Məncə, cəmiyyətə sayqı göstərmək lazımdır və cəmiyyətlə açıq danışmaq lazımdır ki, vəziyyət nədir, hansı çıxış yolları var. Mən xatırlayıram ki, 2015-ci il dekabrın 24-də ikinci devalvasiyadan sonra dekabrın 31-də prezident çıxış elədi ki, dedi ki, hər şey yaxşıdır. Halbuki, adamlar durumla bağlı ondan daha konkret çıxış gözləyirdi. Ötən il yanvarın 10-da Nazirlər Kabinetinin çıxışında da prezident yenə dedi ki, uğurlu il keçdi. Bundan sonra bir neçə rayonda insanlar küçəyə çıxdı və etiraz aksiyaları keçirdilər. İndi də bu tipli bəyanatlar vermək düzgün deyil.
–Amma İlham Əliyev 2016-cı ilin çətin keçdiyini etiraf etdi, sadəcə, vurğuladı ki, bu çətinlik dünyadakı iqtisadi problemlərdən qaynaqlanır.
–Bəs indiyə kimi deyirdilər ki, dünya iqtisadi problemləri Azərbaycana təsir edə bilməz, Azərbaycan ayrıca bir adadır. İndi nə baş verdi ki, dünyadakı iqtisadi problemlər Azərbaycana təsir etməyə başladı? Son 10-15 ildə dünyada böhranlı tendensiya var, iqtisadi artım çox ləng gedir. Ancaq əhalinin yaşayış vəziyyəti o qədər də acınacaqlı deyil, adamlar qəfil yoxsullaşmır, belə deyək, stabil inkişaf gedir, qiymətlər birdən-birə 50 faiz qalxmır. Dünya iqtisadiyyatında belə vəziyyət yoxdur axı. Azərbaycanda isə belə deyil, neftin dünya bazarında qiymətinin düşməsi ilə, bank sektorunun çökməsi ilə ölkə iqtisadiyyatı iflic vəziyyətə düşdü.
Neft bu hakimiyyətin uğuru deyil, Azərbaycan xalqının təbii sərvətidir. Nefti qoysaq bir kənara, nefti əvəz edən bir şey yoxdur. Neftdən başqa nə var? Oğurluq, korrupsiya. Şəhərin mərkəzində bir neçə bina tikib xaricilərə göstərməklə deyil, hər yerin nə gündə olduğunu hər kəs görür. Azərbaycanın inkişafının analoqu olmadığı kimi, böhranının da analoqu yoxdur. Böhran isə dərinləşdikcə dərinləşir, yoxsulluğun səviyyəsi 22 faizdən yuxarı qalxır və bunun məsuliyyəti indiki hakimiyyətin üzərindədir, hər hansı xarici amilin təsiri yoxdur".



Yazılıb da (də)   2017 Yan 02  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin