Xəbər Lenti

İmam Kazimin (ə) şəhadət gecəsi ilə eyni zamanda Azərbaycanın islamçı məhbusları ilə həmrəylik mərasimi

Azərbaycan hərbi xərcləri 36 faiz azaldıb

Azərbaycanda demokratiya tərafdarlarının həyatı təhlükədədir

Gürcüstan və İran ruhaniləri arasında əlaqələr genişlənir

Bloqçu cəzaçəkmə müəssisəsinə köçürülüb

İran və Gürcüstan müxtəlif sahələrdə əməkdaşlıq sənədi imzalayıblar

İranlı taekvondoçular Asiya Çempionu oldu

Ərdoğanın demokratiyanın üzünə çəkdiyi ülgüc

AİP-in Qadınlar Şurası məscidlərin dağıdılmasını tənqid edib

Azərbaycanda Sədi konfransi keçirildi+FOTO

Əl Amiri: Ərdoğan Terror Təşkilatlarının Baş hamisidir

Amerikalı psixoloqlar: Tramp psixi xəstədir

Tatarıstan prezidenti İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət edib

XİN Rəhbərlərin üçtərəfli görüşünün vaxtı məlum olub

Dağlıq Qarabağ münaqişəsinin həllində ən mühüm rolu Rusiya oynamalıdır

ANS-lə durum gərgin və arzuolunmazdır.

islam dünyası merlərinin iclası Məşhəddə keçiriləcək

Ukrayna və İran razılığa gəliblər

Beynəlxalq Fəcr Film Festivalında 64 ölkə iştirak edəcək

Professor Təhminə Rüstəmova ömrünün 65 ilini Fars dilinin öyrənilməsinə sərf edib

Georgi Kvirikaşvili İrana Səfər Edib

Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir

Türkiyədə müxalifətin müraciəti rədd edilib

İran və Rusiya müxtəlif beynəlxalq mövzularda məşvərətdədirlər

Azəri iqtisadçı: "Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir"

Gürcüstan İranla əlaqələrin genişlənməsində maraqlıdır

Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı

Azərbaycanda İş yerlərinin sirri

Nardaran işi məhkəməsinin növbəti prosesi keçirilib

Faiq Əmirliyə qarşı yeni ittihamlar

Azərbaycanda yüksək səviyyəli inflyasiya davam edir

Türkiyədə Fövqəladə Vəziyyəti uzadılır

İran Dünya Çempionu oldu

İƏT-ə üzv ölkələrin dəmir yolları rəhbərləri bakıda

Bülənt Tezcan: "referendum nəticələri Ali Seçki Komissiyası tərəfindən ləğv olunmalıdır"

Azərbaycanın televiziya kanallarında dindarlara qarşı təxribat davam edirilir

İranlı müəllimlər dünyanın ən üstün alimləri siyahısında

İran Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllinin tərəfdarıdır

CHP sədri konstitusiya dəyişikliyi seçkilərilə bağlı açıqlama verib

Arxiv
 
Tarix : 2017 Yan 02     |     Kod : 51033

Mehman Əliyev: "Xalqa həqiqəti demək lazımdır"

İlham Əliyev məğlubiyyəti qəbul eləmək istəmir, məğlubiyyətlə barışmaq onun təbiətində yoxdur.

Arannews- “Xalqa həqiqəti demək lazımdır”, – “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev prezident İlham Əliyevin xalqa Yeni il müraciətini qiymətləndirərkən bildirib.

Mehman Əliyev bildirib ki: 
–"Ənənəvi olaraq, İlham Əliyev məğlubiyyəti qəbul eləmək istəmir, məğlubiyyətlə barışmaq onun təbiətində yoxdur. O, həmişə ən çətin günlərdə də məsələyə qalibiyyət görkəmi verməyə çalışıb. Etiraf eləmək istəmir ki, ölkə iki ildir, böhran içindədir, bütün statistik göstəricilər, manatın dəyəri, qiymətlərin artması, istehsalın düşməsi, iş yerlərinin bağlanması vəziyyətin kifayət qədər çətin olduğunu göstərir. Valyuta bazarında baş verənlər göz qabağındadır. Qızıl ehtiyatlarının satılması, valyuta ehtiyatlarının azalması, xarici borcun artması, büdcə gəlirlərinin azalması… yəni bütün istiqamətlərdə vəziyyət pisləşib.
Belə bir halda hər hansı uğurdan danışmaq düzgün deyil. Məncə, cəmiyyətə sayqı göstərmək lazımdır və cəmiyyətlə açıq danışmaq lazımdır ki, vəziyyət nədir, hansı çıxış yolları var. Mən xatırlayıram ki, 2015-ci il dekabrın 24-də ikinci devalvasiyadan sonra dekabrın 31-də prezident çıxış elədi ki, dedi ki, hər şey yaxşıdır. Halbuki, adamlar durumla bağlı ondan daha konkret çıxış gözləyirdi. Ötən il yanvarın 10-da Nazirlər Kabinetinin çıxışında da prezident yenə dedi ki, uğurlu il keçdi. Bundan sonra bir neçə rayonda insanlar küçəyə çıxdı və etiraz aksiyaları keçirdilər. İndi də bu tipli bəyanatlar vermək düzgün deyil.
–Amma İlham Əliyev 2016-cı ilin çətin keçdiyini etiraf etdi, sadəcə, vurğuladı ki, bu çətinlik dünyadakı iqtisadi problemlərdən qaynaqlanır.
–Bəs indiyə kimi deyirdilər ki, dünya iqtisadi problemləri Azərbaycana təsir edə bilməz, Azərbaycan ayrıca bir adadır. İndi nə baş verdi ki, dünyadakı iqtisadi problemlər Azərbaycana təsir etməyə başladı? Son 10-15 ildə dünyada böhranlı tendensiya var, iqtisadi artım çox ləng gedir. Ancaq əhalinin yaşayış vəziyyəti o qədər də acınacaqlı deyil, adamlar qəfil yoxsullaşmır, belə deyək, stabil inkişaf gedir, qiymətlər birdən-birə 50 faiz qalxmır. Dünya iqtisadiyyatında belə vəziyyət yoxdur axı. Azərbaycanda isə belə deyil, neftin dünya bazarında qiymətinin düşməsi ilə, bank sektorunun çökməsi ilə ölkə iqtisadiyyatı iflic vəziyyətə düşdü.
Neft bu hakimiyyətin uğuru deyil, Azərbaycan xalqının təbii sərvətidir. Nefti qoysaq bir kənara, nefti əvəz edən bir şey yoxdur. Neftdən başqa nə var? Oğurluq, korrupsiya. Şəhərin mərkəzində bir neçə bina tikib xaricilərə göstərməklə deyil, hər yerin nə gündə olduğunu hər kəs görür. Azərbaycanın inkişafının analoqu olmadığı kimi, böhranının da analoqu yoxdur. Böhran isə dərinləşdikcə dərinləşir, yoxsulluğun səviyyəsi 22 faizdən yuxarı qalxır və bunun məsuliyyəti indiki hakimiyyətin üzərindədir, hər hansı xarici amilin təsiri yoxdur".



Yazılıb da (də)   2017 Yan 02  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin