Tarix : 2017 Jan 03
Kod 51036

Türkiyədə yüksək terror təhlükəsi mövcuddur

Türkiyə hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması istiqamətində həyata keçirdikləri uğurlu əməliyyatlara baxmayaraq, “növbəti pərakəndə hücumlar mümkündür.
Arannews- Britaniya Xarici İşlər Nazirliyi Türkiyəyə yollanmaq niyyətində təbəələrinə bu ölkədə yeni terror aktlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib
Britaniya XİN turistlər üçün tövsiyədə bildirib: “Türkiyənin aviasiya sahəsi obyektlərində yüksək terror təhlükəsi mövcuddur”.
İdarədən bildirildiyinə görə, Türkiyə hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması istiqamətində həyata keçirdikləri uğurlu əməliyyatlara baxmayaraq, “növbəti pərakəndə hücumlar mümkündür və Terror təhlükəsi xüsusilə iri şəhərlərdə çoxdu”.

  • Yazılıb
  • da (də) 2017 Jan 03
  • Göndərən مدير سايت Aran News