Rusiya hərbi bazasının Ermənistandakı komandanlığı hüquq mühafizə orqanları ilə birgə ölümə səbəb ola biləcək bütün ehtimalları araşdırır.
Arannews- Ermənistan paytaxtında meyiti tapılan Rusiyanın Cənub hərbi dairəsinin zabiti ilə bağlı şübhələr var.Cənub hərbi dairəsinin mətbuat xidməti ölüm faktı ilə əlaqədar əlavə məlumat yayıb. Məlumata görə, ölən hərbçi Rusiya aviasiya bazasının zabitidir. Yemelyanov Rusiyanın Ermənistandakı bazasında mayor rütbəsi ilə qərargah rəisinin müavini vəzifəsində çalışırmış.
İlkin ehtimallara görə, 45 yaşlı Rusiya vətəndaşı olan zabit ürək tutmasından ölüb. Ancaq şübhələr də yox deyil. Rəsmi məlumata görə, Rusiya hərbi bazasının Ermənistandakı komandanlığı hüquq mühafizə orqanları ilə birgə ölümə səbəb ola biləcək bütün ehtimalları araşdırır. Faktla bağlı cinayət işi qaldırılıb.
Xatırladaq ki, dünən İrəvanda “Drujba” otelinin nömrələrinin birində Rusiya vətəndaşı, 45 yaşlı mayor Viktor Yemelyanovun meyiti tapılıb.