“Türkiyə xalqı gözləyir ki, yeni ABŞ administrasiyası bu biabırçılığa son qoyacaq: Türkiyənin yoxsa PKK terror təşkilatının yanında qalacağına qərar verəcək.”
  Arannews- Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ı PKK terror təşkilatına dəstək verdiyi üçün tənqid edib. 
O bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasından bu dəstəyin dayandırılmasını gözləyir.
“Türkiyə xalqı gözləyir ki, yeni ABŞ administrasiyası bu biabırçılığa son qoyacaq: Türkiyənin yoxsa PKK terror təşkilatının yanında qalacağına qərar verəcək.”, - deyə Yıldırım bildirib.