Tarix : 2017 Jan 04
Kod 51047

Əli Laricani: "Bir sıra region dövlətləri Sionist rejimin maraqlarına qulluq edir"

regiondakı bir sıra ölkələrin Suriya və İraqa nisbətdə sərgilədikləri siyasətləri terrorçulara yardımın edilməsinə yönəlib və Sionist rejimin maraqlarına xidmət edir.
Arannews- İranın İslami Məşvərət Məclisinin sədri Əli Laricani İraqın vitse prezindeti Nuri əl-Maliki ilə görüşüb. Görüş zamanı o qeyd edib ki, regiondakı bir sıra ölkələrin Suriya və İraqa nisbətdə sərgilədikləri siyasətləri terrorçulara yardımın edilməsinə yönəlib və İşğalçı Sionist rejimin maraqlarına xidmət edir.
Laricani bildirib ki, regiondakı böhran bəzi ölkələrin riyakarlığının üstünü açıb. O, Suriya və İraqdakı vəziyyətin yaxşılaşdığını da qeyd edib.
Əl-Maliki isə öz növbəsində İranın regional problemlərə, xüsusilə də Suriya və İraqdakı problemlərə nisbətdə sərgilədiyi prinsipial mövqeyini, müqavimət “oxuna” verdiyi dəstəyi və terrorçuluqla mübarizəsini də yüksək dərəcədə qiymətləndirib.
Vitse prezident ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin, həmçinin təhlükəsizlik məsələri və regional və beynəlxalq problemlər üzrə olan koordinasiyanın da mühümlüyünü qeyd edib.


  • Yazılıb
  • da (də) 2017 Jan 04
  • Göndərən مدير سايت Aran News