Tarix : 2017 Jan 04
Kod 51050

Türkiyədə terror hücumu ilə əlaqədar əməliyyatlar davam etdirilir

Polis artıq İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfəri saxlayıb.
Arannews- Türkiyədə yanvarın 1-də İstanbulda törədilən və 39 nəfərin həlak olmasıyla nəticələnən terror hücumu ilə əlaqədar əməliyyatlar davam etdirilir.
növbəti əməliyyat İzmirdə həyata keçirilir.
Polis artıq İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfəri saxlayıb. 
Hazırda onların İstanbulda törədilən terror hücumunda əllərinin oldub-olmadığı aydınlaşdırılır.
Əməliyyat davam edir.


  • Yazılıb
  • da (də) 2017 Jan 04
  • Göndərən مدير سايت Aran News