Tarix : 2017 Jan 04
Kod 51051

İran Müqavimətdən Əl Çəkməyəcək

müqavimət oxu İranda başlayır və İraq, Suriya, Livan və Fələstindən keçir.
Arannews- İran İslam İnqilabının Ali lideri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib ki, İran müqavimət oxuna nisbətdə sərgilədiyi prinsipial mövqeyindən geri çəkilməyəcək.
Vilayəti qeyd edib ki, müqavimət oxu İranda başlayır və İraq, Suriya, Livan və Fələstindən keçir.
Rəsmi Tehran Suriyaya qarşı olan beynəlxalq və regional əlbirliyin başladığı ilk gündən onun xalqının və hökumətinin yanındadır. O, əlavə edib ki, İran İslam Respublikasi tutduğu bu kursu davam etdirəcək.
Vilayəti Suriyanın suverenliyinin və ərazi bötüvlüyünün qorunub saxlanılmasının mühümlüyünü vurğulayaraq qeyd edib ki, yalnız Suriya xalqı öz ölkəsinin gələcəyi haqda qərar verə bilər.


  • Yazılıb
  • da (də) 2017 Jan 04
  • Göndərən مدير سايت Aran News