Fətullah Gülənlə əlaqəli olan “Muhəmməd əl-Fatih” qrupuna məxsus təhsil müəssisələri...
Arannews- Mərakeş hakimiyyəti Fətullah Gülənin terror təşkilatı ilə əlaqəli olan məktəbləri bağlamaq əmrini verib.
“Fətullah Gülənlə əlaqəli olan “Muhəmməd əl-Fatih” qrupuna məxsus təhsil müəssisələri barədə aparılan araşdırma göstərib ki, həmin məktəblər öz ideologiyalarını yaymaq üçün Mərakeş təhsil və din sistemi prinsipləri ilə ziddiyət təşkil edən ideologiyadan istifadə edirlər.”, - deyə Mərakeş Daxili İşlər Nazirliyindən bildiriblər.
“Muhəmməd əl-Fatih” qrupunun nümayəndəsi qrupun Gülənlə hər hansısa bir əlaqəsinin olmasını təkzib edib. O bildirib ki, söhbət təxminən 2500 şagirdin təhsil aldığı 7 məktəbdən gedir. Orada təhsil alanlar əsasən mərakeşlilərdir. Müəllimlərin təxminən 90 faizi də Mərakeş vətəndaşlarıdır, deyə o əlavə edib.