zərbaycan Respublikası İslam Partiyası bu bəyanatda səud rejiminin azadlıq carçısı olan bir ruhanini şəhid etmək üzrə hərəkətini pisləyərək, bildirib: Zalım səud hökmranları...
Arannews- Azərbaycan Respublikası İslam Partiyası dünya müsəlmanlarını səud rejiminin cinayətləri qarşısında birliyə və mövqe tutmağa çağırıb.Azərbaycan Respublikası İslam Partiyası Ayətullah Nimr Baqir Əl-Nimrin edamının ildönümü münasibətilə bir bəyanat yayıb.
Azərbaycan Respublikası İslam Partiyası bu bəyanatda səud rejiminin azadlıq carçısı olan bir ruhanini şəhid etmək üzrə hərəkətini pisləyərək, bildirib: Zalım səud hökmranları bilməlidirlər ki, Ayətullah Nimrin adını qəlblərdən silə bilməzlər, zira onun Həzrət Muhəmməd(s.ə.s.) ümmətinin kamalından və İslam dininin tərəqqisindən savayı bir hədəfi yox idi.
Şeyx Nimr 2015-ci il oktyabrın 15-də Ali-Səudun cinayət məhkəməsi tərəfindən milli təhlükəsizliyə qarşı hərəkət və müharibə kimi puç ittihamla edama məhkum olundu.
Şeyx Nimrin edam hökmü 2016-cı il yanvarın 2-də icra edildi.