Tarix : 2017 Jan 06
Kod 51058

Akif Heydərli müsəlmanların birliyi və həmrəyliyinə təkid etdi

Azərbaycan İslam Partiyasının sədr müavini ABŞ və sionist rejimini müsəlmanlar və İslam Dünyasının başlıca düşmənləri adlandırıb.
Arannews- Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli düşmənlər və beynəlxalq hegemonçuluq quruluşu qarşısında İslam ölkələri və müsəlmanların birliyi və həmrəyliyinə təkid etdi.
Akif heydərli ABŞ və sionist rejimini müsəlmanlar və İslam Dünyasının başlıca düşmənləri adlandırıb və deyib: Hazırkı durumda müsəlmanların bir-birilərini himayə etməsi və bir-birilərinə dəstək verməsi hər zaman olduğundan daha artıq vacibdir.
AİP-in sədr müavini Akif Heydərli daha sonra sionist rejimini himayə etmək və bu rejim ilə əməkdaşlığı dünya müsəlmanlarının haqlı istəkləri və qanuni hüquqlarının ayaqlar altına atılması mənasında dəyərləndirib və deyib: Müsəlmanlar bir-birilərinin mövqelərini və siyasətlərini himayə etməklə sionist rejimi başda olmaqla zorakı qüdrətlər qarşısında dayana və onları məğlub edə bilərlər.
AİP-in sədr müavini sonda deyib: İran İslam Respublikası müsəlman ölkələrin o cümlədən Fələstin xalqının hüquqlarını himayə etməklə dəfələrlə öz dəyişilməz mövqeyini ortaya qoyubdur.


  • Yazılıb
  • da (də) 2017 Jan 06
  • Göndərən مدير سايت Aran News