Tarix : 2017 Jan 07
Kod 51059

gələn il Rəşt - Astara dəmri yolunun icrası başlanacağ

Cənub istiqamətindən dəmir yolu ilə əlaqənin yaradılması uzun müddətli bir proqramdır və maliyyə qaynaqlarının təmin edilməsinə ehtiyaclıdır.
Arannews- İran İslam Respublikasının Yol və şəhərsalma nazirinin yolların çəkilməsi və genişləndirilməsi məsələləri üzrə müavini Astara - Astara dəmir yoluna baxış keçirərkən deyib: Bu layihə İran İslam Respublikası və Azərbaycan arasında iki ölkənin dəmir yol şəbəkələrinin birləşdirilməsi üzrə əldə olunmuş anlaşma əsasında iş gündəminə daxil edilib.
Xeyrulla Xadimi layihənin Azərbaycan hissəsinin demək olar ki, başa çatdığını deyərək, əlavə edib: Layihənin təqribən 1400 kilometrlik bir hissəsi İran ərazisində icra edilməkdədir.
O, Azərbaycandan gələn yüklərin İran İslam Respublikası ərazisində, Astara şəhərində quraşdırılmaqda olan yük terminalına boşaldılmasına işarə edərək, deyib: Azərbaycandan gələn yüklər bu yük terminalında boşaldıldıqdan sonra, yük maşınları vasitəsi ilə quraşdırılmaqda olan dəmiryoluna çatdırılması üçün Rəştə köçürülür. Oradan isə İranın dəmir yolu şəbəkəsinə qoşulur.
Xadimi Qəzvindən Rəştə qədər uzanan və daha sonra Astaraya qovuşan böyük dəmir yolu layihəsinin icra edilməkdə olduğuna işarə edərək, bu layihənin gələn il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib və deyib: Bu layihənin Rəştə qədər olan hissəsinin istifadəyə verilməsi ilə  dəmir yolu şəbəkəsi ölkənin şimalını cənubu ilə birləşdirmiş olacaq.
O, gələn il Rəşt - Astara dəmri yolunun icrasına başlanacağından xəbər verərək, deyib: Bu dəmir yolunun çəkilməsi ilə gələcəkdə İranın cənubunda olan BƏndər Abbas kimi limanların dəmir yolu vasitəsi ilə ölkənin şimalında yerləşən dəniz limanlarına o cümlədən Astara limanına habelə, Azərbaycan, Rusiya və Gürcüstan limanlarına qovuşacağına ümidvar olmaq olar.
O, cari ilin sonuna kimi şimal istiqamətindən dəmir yolu şəbəkəsinin Astara - Astara dəmir yolu vasitəsi ilə Azərbaycanın dəmir  yolu şəbəkəsinə qovuşacağına ümidvar olduğunu deyərək, əlavə edib: Cənub istiqamətindən dəmir yolu ilə əlaqənin yaradılması uzun müddətli bir proqramdır və maliyyə qaynaqlarının təmin edilməsinə ehtiyaclıdır.
Xadimi əlavə edib: Ölkənin dəmir yolu şəbəkəsinin cənub hissəsində çox işlərin görüldüyünü və Qəzvindən Rəştə qədər uzanan 165 kilometrlik dəmir yolu layihəsinin, bu layihənin 32 kilometrlik bir hissəsini tunellər və körpülərin təşil etməsinə görə, böyük bir layihə olmasını nəzərə alaraq, bu layihənin smeta dəyəri 3 trilyon 500 milyard tümən proqnoz edilib.

  • Yazılıb
  • da (də) 2017 Jan 07
  • Göndərən مدير سايت Aran News