Tarix : 2017 Jan 07
Kod 51060

Azərbaycan İrana təzyiq üzrə bir mərkəzə çevrilməklə zərər çəkəcək

Bakı Tehranla qarşı-qarşıya durmaq yerinə, İranın imkanlarından öz xeyrinə istifadə etməyə çalışmalıdır.
Arannews- Azərbaycan Respublikasında bir analitik bu ölkənin sionist rejimlə genişlənməkdə olan əlaqələrinin nəticələri haqda xəbərdarlıq edib.
Azərbaycan Respublikasında analitik Kənan Rövşənoğlu Yeni Müsavat qəzetindəki qeydində rəsmi Bakının İran qarşısındakı gərginlik yaradan siyasətlərini tənqid edib.
Rövşənoğlu öz qeydində Azərbaycan Respublikasının İranla dil, etnos və məzhəbi yaxınlığına toxunaraq, xəbərdarlıq edib ki, Azərbaycan Respublikası İrana təzyiq üzrə bir mərkəzə çevrilməklə zərər çəkəcək.
Bu azəri analitik vurğulayıb ki, Bakı Tehranla qarşı-qarşıya durmaq yerinə, İranın imkanlarından öz xeyrinə istifadə etməyə çalışmalıdır.
Azərbaycan Respublikasından olan bu analitik söyləyib ki, Azərbaycan Respublikasının zorakılıq, terror və savaşla dolu bir regionda ehtiyac duyduğu məsələ, asayişdir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu 2016-cı ilin dekabrında Bakıya səfər etdi və bu səfər Azərbaycan Respublikasındakı islami cəmiyyətlər, partiyalar və müsəlman ictimaiyyətin tənqdilərilə üzləşdi.


  • Yazılıb
  • da (də) 2017 Jan 07
  • Göndərən مدير سايت Aran News