Fazil Mustafa da deyib ki, biz özümüz də şiəyik. Doğrudur, şiədir, amma FETÖ şiəsidir.
Arannews- Fazil Mustafa doğru deyir şiədir, amma FETÖ şiəsi .Dekabr ayının son günlərində isə Müsavat qəzeti bir daha şiə düşməni olan Fazil Mustafanı gündəmə gətirdi. Ona öz qəzetində tribuna verdi ki, danışıb, yeni ilə “üzü ağ” və “bəraətli” çıxsın. Fazil Mustafa da deyib ki, biz özümüz də şiəyik. Doğrudur, şiədir, amma FETÖ şiəsidir. Şiə sözünün mənası davamçı deməkdir, o da istilahı mənada yox, təqiyyə edib lüğəti mənada özünü şiə adlandırıb. Bu yerdə sözünü etdiyimiz son müsahibəsində təriflədiyi, siyasi xəttini dəstəklədiyi Ərdoğanın canlı efirdə tənqid atəşinə tutduğu nurçulardan biri olduğunu təqiyyə etməklə bir daha təsdiqləyib. Ərdoğan canlı efirdə nurçuların iç üzünü ortaya çıxarıb, bunların üç sifətini sadalamışdı: Təqiyyə, iftira və yalan. Fazil də təqiyyə edir.