Tarix : 2017 Jan 07
Kod 51062

bıçaq öz dəstəsini kəsər

Niyə İŞİD qəfildən Türkiyəyə müharibə elan etmək fikrinə düşdü ki?!
Arannews- Türkiyənin öz boynunda bəslədiyi ilan – İŞİD… Türkiyə-İŞİD “məhəbbətinin” pərdə arxasını…
Deyirlər cibində əqrəb gəzdirən əvvəl-axır onun qurbanına çevrilir. Eyni misalın bariz nümunəsini biz Türkiyə höküməti və İŞİD sevgisində görə bilərik. Onların bir-birlərini bu qədər sevməyi və vüsal həsrətlərinin çat verdiyi anda Türkiyə qarşısında başqa bir mənzərə gördü. Onun öz boynunda bəslədiyi ilan və ya cibində gəzdirdiyi əqrəb onu qatilinə çevrilməkdədir.
Niyə İŞİD qəfildən Türkiyəyə müharibə elan etmək fikrinə düşdü ki?!… Bu barədə düşünməyə və ya azacıq keçmişə getməyə dəyər.
İndependentə müsahibə verən sabiq terrorçulardan biri Türkiyəni xristianları mühafizə etməkdə günahlandırdı və bildirdi ki, onların liderləri İslamdan üz döndəriblər. Halbuki Türkiyənin başında duranlar qətiyyən dəyişməyib və Türkiyədəki həyat tərzi də hər hansı bir qeyri-adi dəyişikliyə uğramayıb. Yenə İstanbulda istədiyin qədər gecə klubu tapa bilərsən və istədiyin qədər də xristianın mühafizə olunduğunu görə bilərsiniz. Bu 10 il əvvəl də belə idi, indi belədir. Niyə İŞİD qəfildən bunları gördü və “möminliyi” tutdu?
Bunun səbəbi isə tamamilə aydındır. Türkiyənin “Fərat Qalxanı” adı ilə Yaxın Şərqdə əməliyyatlara başlaması. Bu əməliyyatlardan dərhal sonra İŞİD-dən fətvalar gəlməyə başladı. 2016-cı ilin oktyabrında İŞİD–in əsas liderlərindən biri olan Əl Bağdadi Türkiyə haqqında fətva verdi. Səs yazısı yayılan Əl Bağdadi Türkiyənin artıq düşmən olduğunu söyləyirdi. Lakin tarixin heç də uzaq olmayan səhifələrinə göz gəzdirdikdə biz tamamilə başqa bir mənzərə görürük. Elə 2015-ci ilin dekabrında Türkiyənin Eskişehir Osmanqazi Universitetində İnsan Hüquq və Azadlıqları Humanitar Yardım Fondunun (İHH) ekspozisiya qurmasına etiraz olunmuşdu. Etiraz edən universitet tələbələri bildiriblər ki, qurulan stenddə toplanan yardım Suriyadakı terrorçulara göndərilir.
Universitet tələbələri universitetlərində mürtəce təşkilatlanmağa icazə verməyəcəklərini deyərək, stendi dağıtmaq istəyiblər. Bundan sonra tələbələrə əvvəlcə universitetin mühafizə xidməti hücum edib. Onlar terrorçulara dəstək verənləri deyil, etiraz edənləri döyərək universitet binasından çıxarıblar. Küçədə isə tələbələrə xüsusi təyinatlılar hücum edib. Daha sonra 12 nəfər həbs edilmişdi. Sonra onlardan 5-i azad edilsə də, 7-si məhkəməyə aparılmışdılar.
Belə misalları saysız-hesabsız çəkə bilərik. Türkiyənin İŞİD-ə dəstək verməsini sübut edən başqa video görüntüdə isə Türkiyə parlamentinin deputatı Eren Erdem əldə etdiyi sənədlərlə Türkiyə hökumətinin İŞİD-ə dəstək verməsini sübut edir.
 “İŞİD dünyanın başına bəla olmuş terror təşkilatıdır. Təəsüf ki, Türkiyə də formalaşmaqda olan, hücrə evləri olan və haqqınnda təxminən 14 fərqli yerdə cinayət işi açılmış bir terror təşkilatıdır. Bütün bu təhqiqatlarla da İŞİD-in Türkiyə daxilində həqiqən fomalaşmaqda olduğu öz sübutunu tapmışdır. Bilidiyimiz kimi bir neçə gün öncə Ankara terror hücumunun iddianaməsi yayımlandı.
Həmin iddianaməyə görə birinci şübhəli qəsdən adam öldürmək, konstitutsiyanın dəyişdirilməsinə cəhd və İŞİD üzvlüyü ittihamları günahlandırılıb. Əlimdə bu göstərdiyim bütün bu sənədlərdə həmin birinci şübhəlinin – İ.B-nın 2011-ci ildən indiyə kimi Türkiyədəki fəaliyyəti əks olunub. Bu şəxsin 2011-ci ildən indiyə kimi 1800 dənə yaraqlı daşıdığı məlum olub.
Bu yaraqlıları 3 və ya 4 qruplara bölərək aparması və aparan zaman telefon danışıqları belə əllərində olmasına baxmayaraq bircə əməliyyat belə keçirilməyib. Dəqiq bir sübut paylaşım sizinlə: İ. B. telefonda ünvanı söyləyir və ertəsi gün həmin ünvandan yaraqlılar Suriyaya aparılır.
Bəs polis hardadı? Mən bu sənədlər içərisində neçə min ünvan aşkarladım. Heç birinə basqın edilməyib. Polisin hər şeydən xəbəri var. Adı 3 ayrı cinayət təhqiqatında adı çəkilən adam azadlıqda gəzir. Niyə?
Bu ölkədə hökumət əleyhinə bircə kəlmə söz söyləyən o an həbs olunur. Bəs niyə adı neçə istintaqda çəkilən, evindən silah-sursat çıxan İŞİD üzvləri bu ölkədə sərbəst gəzib, dolaşır?
Biri qalxıb bu rejimin adını mənə söyləsin. İŞİD-in Türkiyədə jurnalı çap olunur. Yeri məlum, ünvanı məlum, mətbəəsi məlum. Dövlətin bütün bu prossesdən xəbəri var.”
Bəli, Türkiyə hökumətinin bu prossesdən əlbətdə xəbəri var. Yenə qayıdaq iki gün öncə İndependent-də gedən məqaləyə.
“Suriyadakı daxili müharibədən qaçmış olan, ancaq Türkiyəyə sığındıqları Şanlıurfada İŞİD üzvləri tərəfindən təhdid edildikləri səbəbilə İstanbula gələn bir qrup Suriya Prezidenti Bəşər Əsədin əleyhinə olan Suriyalı bir müxaliflə danışan “Independent” redaktoru Sengupta “Urfadakı imamlar tez-tez gəncləri İŞİD və “Nusra Cəbhəs”ini dəstəkləməyə çağırırdı” – deyir.
İstanbulda “Independent”ə danışan Yassir Əbdülhəmid adlı müxalif “İŞİD-in təhdidlərinə görə Urfanı tərk etdim. Urfa kimi yerlər, demək olar ki, Suriya qədər təhlükəli hala gəlmişdi. Türkiyə rəsmilərinin xəbəri olmadan İŞİD-in necə o qədər rahat fəaliyyət göstərə biləcəyini başa düşə bilmirdik. İstanbula gəldikdən sonra iki böyük İŞİD hücumu olub. Urfa ya da Kilis kimi yerlərdə biz – suriyalı müxaliflər təhdid altındayıq. İndi isə İstanbulda hər kəs İŞİD təhdidi altındadır” – deyir.”
Haqlı olaraq belə bir sual meydana çıxır: Kim Segupta, görəsən türk rəsmilərin doğurdanmı bütün bunlardan xəbəri yoxdur?!…



  • Yazılıb
  • da (də) 2017 Jan 07
  • Göndərən مدير سايت Aran News