Xəbər Lenti

Rövşən Əhmədli: Qarabağın işğalı, Fələstinin işğalının davamıdır

Ermənistanı bədbəxtlik gözləyir

Azərbaycanın tanınmış şərqşünası: Doktor Vilayətinin yolunu bağlayıb, vasitəçilik etməsinə icazə vermədilər

Tale Bağırzadə: "İham Əliyev əqidəli və inanclı insanların varlığına dözmür"

AİP Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib+FOTO

MMDİB: "Hacı Sərdar Azərbaycan gənclərinin fəsada meyl etməsinin qarşısını alan bir ruhanidir"

Hacı İlqar: "Sərdar Hacıhəsənlinin heç bir günahının olmaması hamıya bəllidir"

"Sərdar Hacıhəsənlinin həbsi sifarişli həbsidir"

Ermənistanı bədbəxtlik gözləyir

Xocalı qətliamı konfransının iştirakçıları adsız şəhidlərin məzarını ziyarət edib

Ayətullah Qüreyşi: Müsəlmanların süstlüyü üzündən bütün dünyada müsəlmanların qətliam edilməsi adətə çevrilmişdir

Urmiyada Xocalı soyqırımı münasibətilə konfrans keçirildi

Haqsızlıqa etiraz edən dindarlara həbs cəzası!!!

Hacı Qədir: "Şeyx Sərdar siması hamıya bəlli bir simadır"

Türkiyənin vədinə əməl etməməsi və Moskva-Ankara münasibətlərinin zəifləməsi

Gürcüstanın Ruhaniləri Heyəti Şeyx Hacıhəsənlinin həbsinə etiraz ediblər

Hacı Rüfət Məmmədov: "Şeyx Sərdar Hacıhəsənli çox sevilən və rəğbət bəslənilən bir ruhanidir"

Hacı İlqar Əliyev: "Şeyx Sərdarın tutulması xalq üçün böyük kədərdir"

Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə mərasim keçiriləcək

Gürcüstanda Xocalı soyqırımına anım mərasimi təşkil edilib

Xocalı faciəsindən 25 il ötür

Haci Mövsüm Səmədov baş sağlığı verdi

QAUİMH İlahiyyatçının Həbsi ilə bağlı etiraz bəyanatı yayıb

İslam Alimi barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib

AİP Şeyx S.Hacıhəsənlinin saxlanması ilə bağlı etiraz bəyanatı yayıb

Ankara-Riyaz-Təl-Əviv anti-İran koalisiyası təsirlidirmi

ARM üzvi saxlanılıb

Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək

İran Rusiyaya sutkada 100 min barrel neft satacaq

xarici şirkətlər Azərbaycan bazarını tərk edir

İranlı tələbələr Xocalı faciəsi haqda bəyanat verib

Rusiyada Qarabağ müzakirəsi

Saxta Refrandumun Saxta vitse-prezidenti

İMAM XAMENEİ: "Fələstin xalqının məzlumluğunun qəm-kədəri hər bir azadlıqsevər insanın qəlbini incidir"

Ermənistanın XİN Rəhbəri: " güc balansını qorumaq üçün səy göstərmək məcburiyyətindəyik"

Ermənistanın Sabiq MN Rəhbəri Həbs Oluna Bilər

Vitaliy Çurkin vəfat edib

İran Rəsmisi: “Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”

Gürcüstan separatçı “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyyini tanımır

Ermənistan XİN Rəhbəri Rusiyaya səfər edəcək

Arxiv
 
Tarix : 2017 Yan 08     |     Kod : 51065

Milli Təhlükəsizlik Komissiyasının üzvü: Pantürkçüləri ciddiyə almayın

İranın milli təhlükəsizlik parametrləri o qədər güclüdür ki, pan yaxud separatçılıq hərəkətləri onu ciddi zədələyə bilməz. Eyni halda bu məsələ barədə xalqda anlam və milli həssaslıq yaradılmalıdır.

AranNews – Artıq neçə vaxtdır ki, bir sıra pantürkçülərin separatçılıq sayağı hərəkətləri müşahidə edilməkdədir. Ancaq qeyd edək ki, bu mövzunun təhlükəsizlik orqanlarının gözündən yayına bilməsi qeyri-mümkündür.
Bu istiqamətdə bəzi məsələlərə aydınlıq gətirmək üçün İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Hişmətullah Fəlahətpişə ilə söhbət etdik. O da bir növ bu hərəkatın varlığını inkar etmədi, ancaq belə inanır ki, bu düşüncəli azlıqlara o qədər də əhəmiyyət vermək lazım deyil.
H. Fəlahətpişə “Qanun” müxbiri ilə müsahibəsində ölkədə etnik birliyin güclü olmasına toxunaraq deyib: “Müxtəlif etnik qruplar siyasi və ictimai hadisələrdə həmişə bütün gücünü milli əhval-ruhiyyə formasında öz vətənlərinin ixtiyarında qoymuşdur”.
- Region səviyyəsində pan və etnik separatizm mövzusuna necə baxırsınız?
-  Artıq dünyada pan fəaliyyətlərinin dövrü bitmişdir və dünyanın heç bir məntəqəsi Yaxın Şərq və Qafqazda olduğu kimi sepatarçılıq və pan fəaliyyətləri üzündən qarışmamışdır. Bu sözümüzə çoxlu nümunələr vardır. Məsələn, İraq və Şam İslam dövləti təşkil etmək istəyən İŞİD, yaxud etnik şəkildə formalaşmaq istəyən qruplaşmalar. Hazırkı durumda yalnız dinc yollar və etnik birləşmələr yolunu seçən etnik tayfalar özləri üçün əmin gələcək qura biliblər. Pan, yaxud separatizm adı ilə ortaya çıxan mövzularda imperializmin izləri görünür. Etnik müqəddəslik adı altında formalaşan bir çox hərəkatların hədəfi budur ki, imperializmin nüfuz dairəsindən çıxmış regionlarda davamlı olaraq gərginlik yaratsınlar.
- Ölkədə püntürkçülük hərəkətləri görünməkdədir. Milli Təhlükəsizlik Komissiyasının üzvü olaraq bu barədə nə deyə bilərsiniz?
- İran həmişə vəhdəti daha üstün tutan etnik qrupların yaşadığı bir ölkədir. İranda inqilab, müqəddəs müdafiə, sanksiya, çevriliş kimi baş verən bir sıra hadisələr sübut etmişdir ki, bütün etnik qruplar bir milli ruhla ölkəmizin siyasətlərinin yanında olmuş, onu dəstəkləmişdir. Ölkəmizin düşmənləri çox az sayda hərəkətləri özlərinə cəlb edə bilmişlər. Ancaq sonda bütün etnik qrupları özünü iranlı bilmişdir. Ona görə də pan və separatçılıq siyasətləri qarşısında aydınlaşdırıcı rəftar seçilməlidir.
- Bu hərəkətlər milli təhlükəsizliyə hansı səviyyədə ziyan vura bilər?
- İranın milli təhlükəsizlik parametrləri müxtəlif böyük hadisələr arasında bərkimişdir və hər hadisə ona ziyan vura bilməz. Bizim xalqımız anti-milli hərəkətlərə sərt və kəskin cavab verir. İranın milli təhlükəsizlik parametrləri o qədər güclüdür ki, pan yaxud separatçılıq hərəkətləri onu ciddi zədələyə bilməz. Eyni halda bu məsələ barədə xalqda anlam və milli həssaslıq yaradılmalıdır.
- Türk fraksiyasının yaradılması bu məsələnin formalaşmasında nə qədər rol oynaya bilər?
- Türk fraksiyasının yaranması separatçılıq hərəkətlərindən ayrı bir mövuzudur. Hər halda müxtəlif etnik qruplar İslami Şura Məclisində fraksiyalar yarada bilərlər. Bu fraksiyalar qanunvericilidə də yer aldığı kimi əxlaq prinsipləri və dövlət siyasətləri çərçivəsində və bütün İran xalqının yaxınlaşması məqsədilə çoxluq olmaqla birlik nümayiş etdirir. Türklər yaşayan bölgələrin Məclis nümayəndələrinin heç biri separatçılıq siyasətləri izləmir və düşmənlərin təfriqə yaratmaq istədiyi dairələrdə onlar daima milli ruhu nəzərə almışlar.
- Azərbaycan Respublikasının sionist rejimlə yaxın münasibətlərinə diqqət etməklə Bakı dövləti tərəfindən bəzi təhdidlərin şahidiyik. Ölkə daxilində bu hərəkətlərə qarşı daha ciddi mövqe tutulmamalıdırmı?
- Azərbaycan Respublikasının xarici siyasətində müxtəlif ölkələrlə əməkdaşlıq etmək imkanı vardır. Sionist rejiminin Azərbaycan Respublikasının xarici siyasətindən istifadə etdiyi kimi İran İslam Respublikası da bu siyasətdən çox yaxşı şəkildə faydalana bilər. Bu münasibətlər üçün lazımi potensiallar da vardır. İranın Azərbaycan Respublikasındakı səfiri üç seçki dövrü Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olmuşdur. Azərbaycan Respublikasının sionist rejimlə münasibət qurması, İran ilə münasibətləri görməməzliyə vurmaq deyil. Bu Orta Asiya və Qafqaz ölkələri arasında formalaşa biləcək bir münasibətdir. Bu mövzunu idarə etmək mümkündür və hal-hazırda iki ölkə rəsmiləri arasındakı səfərlər nəticəsində bu məsələ öz yaxşı effektini vermişdir.



Yazılıb da (də)   2017 Yan 08  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin