Tarix : 2017 Jan 08
Kod 51065

Milli Təhlükəsizlik Komissiyasının üzvü: Pantürkçüləri ciddiyə almayın

İranın milli təhlükəsizlik parametrləri o qədər güclüdür ki, pan yaxud separatçılıq hərəkətləri onu ciddi zədələyə bilməz. Eyni halda bu məsələ barədə xalqda anlam və milli həssaslıq yaradılmalıdır.
AranNews – Artıq neçə vaxtdır ki, bir sıra pantürkçülərin separatçılıq sayağı hərəkətləri müşahidə edilməkdədir. Ancaq qeyd edək ki, bu mövzunun təhlükəsizlik orqanlarının gözündən yayına bilməsi qeyri-mümkündür.
Bu istiqamətdə bəzi məsələlərə aydınlıq gətirmək üçün İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Hişmətullah Fəlahətpişə ilə söhbət etdik. O da bir növ bu hərəkatın varlığını inkar etmədi, ancaq belə inanır ki, bu düşüncəli azlıqlara o qədər də əhəmiyyət vermək lazım deyil.
H. Fəlahətpişə “Qanun” müxbiri ilə müsahibəsində ölkədə etnik birliyin güclü olmasına toxunaraq deyib: “Müxtəlif etnik qruplar siyasi və ictimai hadisələrdə həmişə bütün gücünü milli əhval-ruhiyyə formasında öz vətənlərinin ixtiyarında qoymuşdur”.
- Region səviyyəsində pan və etnik separatizm mövzusuna necə baxırsınız?
-  Artıq dünyada pan fəaliyyətlərinin dövrü bitmişdir və dünyanın heç bir məntəqəsi Yaxın Şərq və Qafqazda olduğu kimi sepatarçılıq və pan fəaliyyətləri üzündən qarışmamışdır. Bu sözümüzə çoxlu nümunələr vardır. Məsələn, İraq və Şam İslam dövləti təşkil etmək istəyən İŞİD, yaxud etnik şəkildə formalaşmaq istəyən qruplaşmalar. Hazırkı durumda yalnız dinc yollar və etnik birləşmələr yolunu seçən etnik tayfalar özləri üçün əmin gələcək qura biliblər. Pan, yaxud separatizm adı ilə ortaya çıxan mövzularda imperializmin izləri görünür. Etnik müqəddəslik adı altında formalaşan bir çox hərəkatların hədəfi budur ki, imperializmin nüfuz dairəsindən çıxmış regionlarda davamlı olaraq gərginlik yaratsınlar.
- Ölkədə püntürkçülük hərəkətləri görünməkdədir. Milli Təhlükəsizlik Komissiyasının üzvü olaraq bu barədə nə deyə bilərsiniz?
- İran həmişə vəhdəti daha üstün tutan etnik qrupların yaşadığı bir ölkədir. İranda inqilab, müqəddəs müdafiə, sanksiya, çevriliş kimi baş verən bir sıra hadisələr sübut etmişdir ki, bütün etnik qruplar bir milli ruhla ölkəmizin siyasətlərinin yanında olmuş, onu dəstəkləmişdir. Ölkəmizin düşmənləri çox az sayda hərəkətləri özlərinə cəlb edə bilmişlər. Ancaq sonda bütün etnik qrupları özünü iranlı bilmişdir. Ona görə də pan və separatçılıq siyasətləri qarşısında aydınlaşdırıcı rəftar seçilməlidir.
- Bu hərəkətlər milli təhlükəsizliyə hansı səviyyədə ziyan vura bilər?
- İranın milli təhlükəsizlik parametrləri müxtəlif böyük hadisələr arasında bərkimişdir və hər hadisə ona ziyan vura bilməz. Bizim xalqımız anti-milli hərəkətlərə sərt və kəskin cavab verir. İranın milli təhlükəsizlik parametrləri o qədər güclüdür ki, pan yaxud separatçılıq hərəkətləri onu ciddi zədələyə bilməz. Eyni halda bu məsələ barədə xalqda anlam və milli həssaslıq yaradılmalıdır.
- Türk fraksiyasının yaradılması bu məsələnin formalaşmasında nə qədər rol oynaya bilər?
- Türk fraksiyasının yaranması separatçılıq hərəkətlərindən ayrı bir mövuzudur. Hər halda müxtəlif etnik qruplar İslami Şura Məclisində fraksiyalar yarada bilərlər. Bu fraksiyalar qanunvericilidə də yer aldığı kimi əxlaq prinsipləri və dövlət siyasətləri çərçivəsində və bütün İran xalqının yaxınlaşması məqsədilə çoxluq olmaqla birlik nümayiş etdirir. Türklər yaşayan bölgələrin Məclis nümayəndələrinin heç biri separatçılıq siyasətləri izləmir və düşmənlərin təfriqə yaratmaq istədiyi dairələrdə onlar daima milli ruhu nəzərə almışlar.
- Azərbaycan Respublikasının sionist rejimlə yaxın münasibətlərinə diqqət etməklə Bakı dövləti tərəfindən bəzi təhdidlərin şahidiyik. Ölkə daxilində bu hərəkətlərə qarşı daha ciddi mövqe tutulmamalıdırmı?
- Azərbaycan Respublikasının xarici siyasətində müxtəlif ölkələrlə əməkdaşlıq etmək imkanı vardır. Sionist rejiminin Azərbaycan Respublikasının xarici siyasətindən istifadə etdiyi kimi İran İslam Respublikası da bu siyasətdən çox yaxşı şəkildə faydalana bilər. Bu münasibətlər üçün lazımi potensiallar da vardır. İranın Azərbaycan Respublikasındakı səfiri üç seçki dövrü Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olmuşdur. Azərbaycan Respublikasının sionist rejimlə münasibət qurması, İran ilə münasibətləri görməməzliyə vurmaq deyil. Bu Orta Asiya və Qafqaz ölkələri arasında formalaşa biləcək bir münasibətdir. Bu mövzunu idarə etmək mümkündür və hal-hazırda iki ölkə rəsmiləri arasındakı səfərlər nəticəsində bu məsələ öz yaxşı effektini vermişdir.


  • Yazılıb
  • da (də) 2017 Jan 08
  • Göndərən مدير سايت Aran News