Tarix : 2017 Jan 08
Kod 51066

Diriykən şəhadət zirvəsinə yüksələn cəngavər - Doktor Mövsüm Səmədov

Şükür edirik ki, məmləkətimiz haqsızlığa ÜSYAN edən HAQQ DÖYÜŞÇÜLƏRİNDƏN xali deyil! Bir xalq etiraz etmək qabiliyyətini itirdikdə cahil kütləyə çevrilir.
Minlərlə qara nöqtənin arasındakı bir ağ nöqtə fərqlilik yaradır və VAROLUŞU nişan verir.
 O, minlərlə diriykən cansız əşyaya çevrilən qara nöqtənin içində ağappaq İŞIQ TOPASIDIR. Bu qədər fərqlilik şaşırdır.
 Canımdan soyuq gizilti keçir. O, ağappaq İŞIQ TOPASINA sarı uzanan əllərim NURA boyanır. Bu NUR əslində ulu babalarımın YA HÜSEYN HAYQIRTISI ilə mənə ötürdüyü ÜSYAN NURUDUR. Ona görə bu qədər doğma, bu qədər əzizdir o NUR TOPASI mənə.
 Sözümün canı minlərlə, milyardlarla qara nöqtənin arasındakı O, AĞAPPAQ NUR TOPASIDIR. Onu öyəcəm bu gün.
 O, ÖYÜLƏSİ ŞƏXSDİR!
 Siz bir NUR TOPASINDA bu qədər gözəlliklərin birləşdiyini gördünüzmü heç? Saflıq, məsumluq, iffət və bunların qarışımında daha da qüdrətli olan DÖYÜŞÇÜ, ÜSYANKAR, ÜSYANKAR DÖYÜŞÇÜ...
 O, HAQQ YOLUNUN YOLÇUSUDUR!
 O, HAQQ ƏDALƏT UĞURUNDA DÖYÜŞƏ ATILAN VƏ ƏBƏDİYAŞAR SƏRKƏRDƏDİR.
 O, canını, ailəsini, doğmalarını itirəcəyini bildiyi halda, həqiqətin diri qalması üçün sayca minlərlə dəfə çox olan düşmənin qarşısında nur kimi işıq saçıb, məğrur dayanan HÜSEYNİMİZİN YOLÇUSUDUR. Ya HÜSEYN, deyərkən, üz tutub fərəhləndiyimiz DÖYÜŞÇÜMÜZDÜR.
 Övladlarından ayrı, xanımından ayrı yaşadığı illər bir kişiyə, bir ataya çox ağırdı. Nə qədər güclü olsa da körpə balasından ayrılanda ürəyinin dərinliyində sızıldayıb, bəlkədə göz yaşı töküb. Amma içinə axıb o göz yaşı. O sızıltını indi bu anlarda daha dərindən duyuram...
 Əslində məmləkətimi bürüyən ədalətsizliyin daha da rişələnib hər tərəfə kök atması qorxutmur məni. Çünki döyüş qanımızın təlqin etdiyi gen yaddaşıdır. Biz DÖYÜŞ üçün doğulduq və HAQQ döyüşündə həmişə VARIQ!
 Əslində məni sızladan atasız böyüyən o uşaqların çəkdiyi xiffətdir. O qədər doğmadır ki bu xiffət... çiyinlərimin bu ağırlığın altında basıldığını, ürəyimin sıxıldığını duyuram.
 Bu xiffət hər dəfə balaca Abdullanı qucaqlayıb qoxusunu içimə çəkəndə canıma bir üşütmə salır. O, uşaqların, ata yolu gözləyə-gözləyə ağlayıb yatan o, körpələrin məsum gözləri dirənir gözümə.
 Qatil, terrorçu, oğru deyil bu uşaqların atası. Bəs niyə məhbusdurlar? Bəs niyə körpə balalarını bağrına basa bilmir bu atalar?
 Axşamlar mışıl-mışıl uyuyan körpəsinə, qadınına baxıb ürək dolusu xoşbəxt olmur, uyuyan körpəsinə, qadınına deyil, daş divarların soyuq üzünə baxıb gecəni açmağa çalışır bu insanlar. Niyə?
 Min sual çıxır ortaya cavabı isə çox sadədi. O məhbuslar Allahı hamıdan və hər şeydən çox sevdikləri üçün məhbəsdədirlər. O, insanlar dünyada artdıqca artan milyardlarla qara nöqtədən-ölü canlardan fərqli olduqları üçün məhbəsdədirlər.
 Amma şükür etmək Allahın bizə vacib buyurduğu əməllərdəndir.
 Şükür edirik ki, məmləkətimiz haqsızlığa ÜSYAN edən HAQQ DÖYÜŞÇÜLƏRİNDƏN xali deyil!
 Şükür edirik ki, məmləkətimizdə hələ də Allahı bütlərdən daha çox sevən NURLU İNSANLARIMIZ var!
 Şükür edirik ki, canını HAQQ uğurunda DÖYÜŞÜN önündə sipər edənlər var!
 Şükür edirik ki, bu gün dünyada milyardlarla Hüseyn Aşiqlərinin önündə gedən LİDERİMİZ VAR!
 Şükür edirik ki, HAQQ uğurunda diriykən ŞAHƏDƏT ZİRVƏSİNƏ YÜKSƏLƏ BİLƏN SƏRKƏRDƏMİZ VAR- DOKTOR MÖHSÜN SƏMƏDOV KİMİ...
QƏZAVƏTİN MÜBARƏK QARDAŞIM!!
 Arzu Abdulla
Vetenugrunda.az



  • Yazılıb
  • da (də) 2017 Jan 08
  • Göndərən مدير سايت Aran News