Tarix : 2017 Jan 08
Kod 51067

İran Prezidenti Azərbaycanla imzalanmış sazişi təsdiqləyib

prezident Həsən Ruhani İran parlamentinin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb
Arannews- Azərbaycan və İran arasında imzalanmış saziş prezident Həsən Ruhani tərəfindən təsdiq olunub. 
prezident Həsən Ruhani İran parlamentinin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb.  
Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin icrası ölkənin Energetika Nazirliyinə həvalə edilib.
Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi 2016-cı ilin dekabr ayının 7-də  İran parlamenti tərəfindən ratifikasiya edilib və ölkənin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənib.

  • Yazılıb
  • da (də) 2017 Jan 08
  • Göndərən مدير سايت Aran News