Xəbər Lenti

Azərbaycana daha çox haradan gəlirlər

Hafiz Hacıyev “Qaçqınkom” sədrini "yıxıb sürüdü"

Rüfət Aslanlının sirli-sehrli dünyası: Bahalı şərablar, dəbdəbəli otellər, zinət əşyaları...

Füzuli və Cəbrayılın işğalından 24 il ötdü

Eldar Mahmudovu Nardaranda saxlayan səbəb

Cəbhəçi Avropa Məhkəməsinə 3-cü şikayətini edəcək

Vəkil: ‘Gözəl Bayramlı rəsmi açıqlamanı təkzib edir’

Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamağı planlayır

Rusiya ilə müdafiə sənayesi məsələləri müzakirə edilib

MTN generalı: 'Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər'

Rusiya və Ermənistan Qarabağ münaqişəsini müzakirə edəcək

İsveç prokurorluğu Ziya Məmmədovla Arif Əsgərova ittiham irəli sürə bilər

“Türkiyə Ermənistanla sərhədləri açır”

Z. Mikayılzadə: "İstədilər ki, bizi Suriyadakı terrorçuların davamı kimi göstərsinlər"

Məhkəmə Ə.Muxtarlının işində iki şikayəti rədd edib

Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun vəkili çıxış etdi

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

Şeytanın qulağının kar olduğu kənd

Hakimiyyət Əli Kərimliyə qarşı biabırçı əməllərindən əl çəkmir

Ermənistan silahlı bölmələri atəşkəsi 127 dəfə pozub

“Nardaran ”məhbusu müalicə müəssisəsinə yerləşdirilib

Göyçay rayon icra hakimiyyətinin sahibkarların başına gətirdiyi bazar oyunu

''Media məkanı tamamilə hökumətin əlinə keçir''

Siyasi fəallar Bakı Şəhər Baş Polis İdarəsində dindiriliblər

Bəyanat: ''Turan''a təzyiq hakimiyyətin acizliyinin göstəricisidir

Avropada yaşayan azərbaycanlılardan məhbus ailələrinə dəstək

REAL-ın üzvünə 7 sutka inzibati həbs verilib (yenilənib)

''İşıq məhbusları''na hökm oxunub

Bədənində güllə daşıyan Nardaran məhbusları

Üç ayda İrana Azərbaycandan 227 min nəfər gedib

Paşa Holdinqin 100 milyonluq yeni oteli

Ölkənin hər yerində “ağ yalan” paylayırlar

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı - “kartlar” açılır...

İdmançı: 3 ildir nazirlik müxtəlif bəhanələrlə məni aldadır

Astara 10 min Ərbəin zəvvarını qarşılamağa hazırdır

İran, Türkiyə və Rusiya arasında 7 milyardlıq əməkdaşlıq müqaviləsi

Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam”

Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır

Vəkili: 'İstintaq Fuad Qəhrəmanlının əşyalarını geri vermir'

Arxiv
 
Tarix : 2017 Yan 08     |     Kod : 51071

AİP liderinin həbsindən 6 il keçir

Azərbaycan İslam Partiyası sədrinin həbsindən keçən altı ili bu insana qarşı haqsızlığın və ədalətsizliyin pik nöqtəsi kimi dəyərləndirmək olar.

Arannews- Azərbaycan İslam Partiyası sədri Mövsüm Səmədovun həbsdə saxlanılmasının 6 ili tamam oldu
AİP sədri 2011-ci il yanvar ayının 7-də partiyanın qərərgahından çıxıb evə gedərkən sədr müavini Vaqif Abdullayevlə birgə saxlanılıb. Onlara məhkəmənin qərarı ilə ilkin olaraq 10 sutka həbs cəzası verilsə də, sonradan daha bir neçə nəfər də saxlanılaraq barələrində cinayət işi açılıb. 9 ay aparılan istintaq yekunlaşdıqdan sonra, Ağır Cinayətlərə Dair Məhkəmənin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasların yekununda Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova 12 il hökm oxunub. 
Qeyd edək ki, 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını, ölkədə mövcud olan korrupsiya və rüşvətxorluğun geniş vüsət almasını, qanun pozuntularının artmasını kəskin şəkildə tənqid etmişdi.
Sədr müavini Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişsə də, digəriləri - partiyanın Astara rayon komitəsinin sədri Rufulla Axundzadə, masallı ruhanisi Fəramiz Abbasov, M.Səmədovun əmisi oğlu Dəyanət Səmədov, qaynı Firdovsi Məmmədrzayev hələ də həbsdədir.
Mövsüm Səmədovun həbsinin il dönümü ilə bağlı AİP funksioneri Akif Heydərli bildirdi ki, Azərbaycan İslam Partiyası sədrinin həbsindən keçən altı ili bu insana qarşı haqsızlığın və ədalətsizliyin pik nöqtəsi kimi dəyərləndirmək olar:
 “Bir siyasi partiya liderinin ölkədəki qanunsuzluğa, insanların haqq və hüquqlarının dözülməz şəkildə pozulması barədə kəskin çıxışına görə 12 il müddətinə azadlıqdan məhrum edilməsi sadəcə həmin siyasi sistemdəki yumşaq desək boşluqlardan, vətəndaşlara mənsub olduğu xalqın, dövlətin və dinin qayda, qanunlarına, adət-ənənələrinə inzibati-amirlik yoluyla biganə qalmaq məcburetmələrindən xəbər verir.” 
Akif Heydərlinin sözlərinə görə, Mövsüm Səmədov 2011-ci il 02 yanvar çıxışından qabaq da bir neçə dəfə ölkədəki bir sıra neqativ hallardan, vətəndaşları ciddi narahat edən məmur özbaşınalıqlarından söhbət açmaqla, həm də vəziyyətdən çıxış yollarını göstərən kifayət qədər dəyərli təkliflərini vermişdi:
“Təəssüf ki, xalqımızın gələcək səadəti, mənəvi zənginliyi, Azərbaycanın tərəqqisi naminə deyilənləri və bu tənqidləri qəbul etməyi bacarmayanlar onunla zor dilində danışmaqla cəmiyyətdən təcrid etdilər, zindana saldılar. Doktor Səmədov təkcə şəxsi ləyaqət və mənəvi dəyərlərinə görə deyil, Azərbaycan xalqının mənəvi ehtiyacı, onun kimi alimlərə sevgisi, hörmət və izzəti baxımından azadlıq hüquqlarının tanınmasını, ailəsinə qovuşmasını, xalqına daha yaxından xidmət etməyi haqq edir. Məncə bu gün mövcud hakimiyyət Mövsüm Səmədov kimilərinin məhbəsdə yaşamasına, cəmiyyətdən təcrid formasında ömür sürməsinə rəvac verməməli, qanunlarımızın aliliyini hörmət edərək onun azadlıq hüququnu təmin etməlidir.”
Mövsüm Səmədovun vəkili Yalçın İmanov isə açıqlaması zamanı bildirdi ki, müvəkkilinin səhhəti və ruhiyyəsi yaxşıdır və yaxın günlərdə onunla görüşə gedəcək. Lazımı olacaq bütün hüquqi prosedurların həyata keçirildiyini bildirən vəkil, bundan sonra da AİP liderinin azadlığa çıxması istiqamətində səylərini artıracaqlarını söylədi.



Yazılıb da (də)   2017 Yan 08  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin