Tarix : 2017 Jan 09
Kod 51072

İran zəfərani Azərbaycanlıların süfrələrinin zinəti

İranın bu qırmızı qızılı hazırda yeganə xarici zəfəran olaraq Bakının bir çox mağazasında satılır.
Arannews- İran zəfəranı Azərbaycan Respublikasında iş adamları, istifadəçilər, əsasən də azərbaycanlı aşpazlar arasında çox tanınır və keyfiyyət baxımından çox sevilir.
İranın bu qırmızı qızılı hazırda yeganə xarici zəfəran olaraq Bakının bir çox mağazasında satılır. Azərbaycan Respublikası vətəndaşlarından əlavə müxtəlif ölkələrin turistlərinin də diqqətini özünə cəlb etmişdir.
Bakıda İranın bu dəyərli məhsulunun satıcıları deyirlər ki, İran zəfəranının dünyada tanındığını nəzərə alaraq gündəlik ərəb ölkələri, Çin, Cənubi Koreya, Oman və Rusiyadan onlarla turist müraciət edərək İran zəfəranı alır və özləri ilə hədiyyə aparırlar. Azərbaycan aşpazları da keyfiyyət, dad və yemək və şirnilərə verdiyi rəng baxımından İran zəfəranından istifadəni vacib hesab edir və ondan daha çox istifadə edirlər.
Azərbaycan Respublikası Milli Kulinariya Mərkəzinin direktor müavini xanım Ceyran Əsgərova Azərbaycanda İran zəfəranından istifadənin tarixi keçmişinə toxunaraq deyib: İran zəfəranı müxtəlif aşlarda, şirnilər və şərbətlərin hazırlanmasında daha çox istifadə olunur və ondan çox istifadə təkcə dadı və rəngi ilə məhdudlaşmır, müxtəlif dərman xüsusiyyəti də buna daxildir.
İran zəfəranının Azərbaycan Respublikasında tanınması hazırda əsasən çamadan iqtisadiyyatı olaraq bu ölkəyə idxal olunur. Görünür lazımi standart göstəricilərinə riayət etməklə və onun ixracatına şərait yaratmaqla bu məhsulun beynəlxalq ticarət payını yüksəltmək olar.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin iqtisadi attaşesi Məhəmməd İbrahimi Azərbaycan Respublikası və Orta Asiya ölkələrinə İran zəfəranının məqsəd bazarı kimi baxılmalı olduğunu qeyd edərək deyib: Münasib qablaşdırma, standartlaşdırma, istehsal keyfiyyətinə diqqət, istehlak tarixinin milad ili ilə qeyd edilməsi və yeni reklam metodlarına diqqət ayırmaq İran zəfəranının bu ölkələrdəki bazarlarında təsirli amillərdəndir.
Zəfəranın qida və dərman xüsusiyyətlərinin istehlakçılara tanıtdırılması da bu məhsulun yeni bazarlara daxil olmasında təsirlidir.
Qonşuluq və mətbəx mədəniyyətinin ortaqlıqları nəzərə alaraq, İran zəfəranının Orta Asiya ölkələrinin rəqibsiz bazarına təqdim olunması münasib fürsətdir.



  • Yazılıb
  • da (də) 2017 Jan 09
  • Göndərən مدير سايت Aran News