Tarix : 2017 Jan 08
Kod 51073

ABŞ Gülənin ekstradisiyasilə bağlı heç bir addım atmayıb

ABŞ Ədliyyə Nazirliyi Gülənlə bağlı göndərilən 4 müxtəlif ekstradisiya sənədi və 15 iyul dövlət çevrilişinə cəhdə görə müvəqqəti həbs tələbini aidiyyəti məhkəmələrə göndərməyib.
Arannews- ABŞ hökuməti FETÖ lideri Fətullah Gülənin ekstradisiyası və müvəqqəti həbsi ilə bağlı indiyə qədər heç bir addım atmayıb.
bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanıb ki, ABŞ Ədliyyə Nazirliyi Gülənlə bağlı göndərilən 4 müxtəlif ekstradisiya sənədi və 15 iyul dövlət çevrilişinə cəhdə görə müvəqqəti həbs tələbini aidiyyəti məhkəmələrə göndərməyib.
Xatırladaq ki, ötən ilin iyulunda rəsmi Ankara Vaşinqtondan 15 iyul dövlət çevrilişinə cəhdin təşkilatçısı Fətullah Gülənin ekstradisiyasını tələb edib. Bu məqsədlə Türkiyə Ədliyyə Nazirliyi müvafiq sənədləri ABŞ-a göndərib.
Məsələ ilə bağlı 22-23 avqust 2016-cı il tarixlərində ABŞ Ədliyyə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfər edib. Danışıqlar zamanı yeni dəlillər ABŞ rəsmilərinə təqdim olunub.


  • Yazılıb
  • da (də) 2017 Jan 08
  • Göndərən مدير سايت Aran News